YAP-çı deputatdan Türkiyə rəhbərliyinə ETİRAZ
Bizi izləyin

Nida.az

YAP-çı deputatdan Türkiyə rəhbərliyinə ETİRAZ

Azərbaycan Respublikası Milli Məclisin deputatı Aydın Mirzəzadə Türkiyənin yeni seçilmiş prezidenti Rəcəb Tayyib Ərdoğanın inauqurasiya mərasiminə Ermənistan prezidenti Serj Sərkisyanın dəvət olunmasına münasibət bildirib.

Publika.az-ın məlumatına görə, Yeni Azərbaycan Partiyasından (YAP) olan deputat A.Mirzəzadə “Facebook” səhifəsində bidirib ki, Türkiyənin Ermənistan rəhbərini inauqurasiyaya çağırmaqla nə eldə etmək istədiyi aydın deyil.

Deputatın statusunu olduğu kimi oxuculara təqdim edirik:

“Türkiyə, bu, sənə nə verəcək?

Qardaş, dost Türkiyədə bu günlərdə keçirilən prezident seçkiləri və ondan sonrakı proseslər hələ də dünya mətbuatının diqqətindədir. Dünyanın nüfuzlu ölkələrinin birinin atacağı addımlar və yeridəcəyi siyasətdən regionda və dünyada gedən proseslərin axarı çox asılıdır. Bu baxımdan Türkiyəyə diqqət bütün ölkələrin xarici siyasətinin əsas xətlərindən biri olmaqdadır.

Avqustun axırına planlaşdırılan inauqurasiyaya artıq 50-dən çox ölkənin ən yüksək nümayəndələrinin gəlişi gözlənilir və tədbirə böyük hazırlıq görülməkdədir.

Ancaq bu gün yayılan xəbər Türkiyənin dostlarını çaşdırmaqdadır. Ölkə rəhbərliyi inaqurasiyaya Ermənistan prezidenti Serjik Sarqsyanı da dəvət etmişdir.

Dəvət qardaş ölkənin daxili işidir və heç kəs onlara bu məsələdə məsləhət verə bilməz. Ancaq Türkiyənin öz qatı düşmənini yüksək dövlət bayramına dəvət etməyinin səbəbi başa düşülən deyil.

Ermənistan Türkiyənin ərazi bütövlüyünü tanımır və rəsmi dövlət siyasətində Türkiyənin böyük bir ərazisinə iddia edir. Erməni dövləti bütün dünyada Türkiyəni uydurma "1915-ci il erməni soyqırımında" ittiham edir və artıq 20-dən çox dövlətin bu uydurmanı qəbul etməsinə nail olub. Erməni terror təşkilatları vaxtaşırı xaricdəki türk səfirliklərinə qarşı terror hərəkətləri ediblər və hələ də bu addımlarından əl çəkmirlər. Ermənistan tarix kitablarında və mədəniyyət əsərlərində Osmanlıya və Türkiyəyə qarşı olmasın ittihamlar irəli sürür. Elə S.Sarqsyan da Türkiyəyə sevgisini bir sıra antitürk bəyanatları ilə ortaya qoyubdur.

İndi Türkiyə Ermənistan rəhbərini inauqurasiyaya çağırmaqla nə eldə etmək istədiyi aydın deyildir. Heç diplomatik protokolda da düşmən və diplomatik əlaqələr olmayan ölkələrin nümayəndələrinin dövlətçilik tədbirlərinə dəvət edilmə praktikası yoxdur. İnauqurasiya ilk növbədə dostların məclisidir və orada Ermənistanın statusu heç də aydın deyildir.

Ermənistan isə Türkiyədəki prezident seçkilərinin nəticələrini ilk "təbrik"edənlərdən oldu. Moskavda erməni əsilli Rusiya vətəndaşı 43 yaşlı Artur Mirzoyan 17 avqust tarixində ov tüfənfi ilə Türkiyənin Rusiyadakı səfirliyinin binasının fasadındakı Türkiyənin gerbini hədəf alıb və iki güllə atıb.

Verilən məlumata görə isə hər iki güllə hədəfə çatıb”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm