Əliyev Putinlə görüşəcək
Bizi izləyin

Nida.az

Əliyev Putinlə görüşəcək

Gələn il prezident İlham Əliyevin Rusiyaya səfəri planlaşdırılır

ANS-in məlumatına görə, bu barədə Rusiya mətbuatı yazır. Rusiya hökuməti 2015-ci ilin payızında Rusiya-Azərbaycan forumunun keçirilməsi ilə bağlı qərarı təsdiqləyib.

Yekaterinburq şəhərində keçiriləcək Rusiya-Azərbaycan forumunda prezident İlham Əliyev və Vladimir Putinin iştirak edəcəyi bildirilir. Görüşdə İlham Əliyevlə Vladimir Putinin təkbətək görüşü gözlənilir.

Qeyd edək ki, Rusiya qonşu ölkələri ilə hər il forumlar keçirir. Ötən il isə Yekaterinburqda Rusiya-Gürcüstan forumu keçirilmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm