Millət vəkilindən sərt tənqid: “MTN-dən çox MTN-çi olanlar”
Bizi izləyin

Nida.az

Millət vəkilindən sərt tənqid: “MTN-dən çox MTN-çi olanlar”

Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə Tovuz rayonunda saxlanılan erməni vətəndaşla bağlı bəzilərinin ürəkyumlaşdan yanaşmalarını tənqid edib. Publika.Az xəbər verir ki, millət vəkili “Ermənistan-Azərbaycan cəbhə xəttində gərginlik səngimək bilmir, atışma kəsmir, erməni diversant qruplarının cəbhə xəttindəki provokasiyaları mütəmadi olaraq baş verir” deyə bildirib: “Bunun fövqündə Tovuz xəttindəki Azərbaycan kəndində Ermənistan vətəndaşı Mamikon Xosayan adlı bir nəfərin saxlanılması vəziyyətə yeni bir çalar verdi. Müdafiə Nazirliyi onun Ermənistan diversiya qrupunun bələdçisi olduğunu bildirdi və onunla müvafiq iş aparılmağa başlandı. Ancaq bələdçinin 77 yaşında və kasıb, xəstə görünüşünün olması Azərbaycanın bəzi internet istifadəçilərinin ürəyini lap yumşaltdı. Onlar qocanın fağır və təsadüfi bir insan olması barədə fikirlər yazmağa başladılar. Onların bu fikirləri qocanın yaşadığı kəndin icra nümayəndəsinin qoca haqqında fikirləri ilə (“o əqli cəhətcə zəifdir və əlində vedrə üzüm yığmağa gedirmiş”) tam üst-üstə düşürdü.
Bu azmış kimi qocanı təcili geri qaytarmaq lazım gəldiyini də iddia edənlər tapıldı. Guya onun saxlanılması Azərbaycanın beynəlxalq aləmdə imicinə ciddi ziyan vura bilər. Çox maraqlıdır, görən həmvətənlərim düşmənin hiyləgər və qəddar olduğunun fərqinə niyə varmırlar ? 1988- ildən başlayaraq Ermənistanın Azərbaycana qarşı etdikləri, hiylə və insandan kənar hərəkətləri nə tez yaddan çıxmağa başlayır?”.

A. Mirzəzadə qeyd edib ki, heç kəs mübahisə etməz ki, ölkənin beynəlxalq aləmdəki imici şübhəli bir qocanın saxlanılması ilə deyil, fəaliyyəti ilə ölçülür. Onun sözlərinə görə, real vəziyyət imicimizin isə məhz görülən işlər və beynəlxalq hüquq normalarına riayət etməyimizlə qiymətləndirildiyini göstərir.

“Qoca, xarici görünüşü ilə bəzilərində ürək ağrıdan sərhəd pozucusunun saxlanılması isə bütün normalara uyğun həyata keçirildiyinin hamı şahidi ola bilir. Əsas məsələ isə bəzi vətəndaşlarımızın bu və ya digər sahənin incəliklərinə bələd olmadıqları halda məsləhət verməlidir. İctimai münasibəti heç kim qadağa edə bilməz. Ancaq hər kəs öz yaxşı bildiyi sahənin işini aparanda nəticə də yaxşı olur”-deyə o diqqətə çatdırıb.

A. Mirzəzadə 20 il öncəki hadisəni xatırladaraq örnək göstərib: “Məktəb və ali məktəb dostum Bəylər Alıyevin qrupuna kənardan Azərbaycan Milli Ordusunun fərqlənmə nişanları olan hərbi maşınlarda Azərbaycan hərbi formasında olan bir neçə nəfər yaxınlaşır. Ehtiyatı əldən verən Bəylərgil hətta onlara əl yelləyər və tanımadıqları insanları yaxına buraxarlar. Yaxınlaşan “Azərbaycan hərbiçiləri” isə yaxın məsafədən onlara atəş açaraq bir neçə nəfəri öldürə bildilər. 24 yanvar 2014-cü il tarixində Bəylər Alıyevin Ağdam bölgəsində şəhid olmasının 20 ili tamam oldu. Qəbri İkinci Fəxri Xiyabandadır”-deyə A. Mirzəzadə bununla ehtiyatı əldən verməməyə çağırış edib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm