Prezidentlər nədən danışacaq?
Bizi izləyin

Nida.az

Prezidentlər nədən danışacaq?

Azərbaycan və Rusiya prezidentləri İlham Əliyevlə Vladimir Putinin gələn il keçirilməsi planlaşdırılan görüşünün bəzi detalları məlum olub.

Publika.az-ın məlumatına görə, "İTAR-TASS" agentliyi xəbər verir ki, prezidentlərin Yekaterinburq şəhərində keçiriləcək görüşündə Azərbaycan və Rusiya arasındakı iqtisadi əlaqələr, ticarət dövriyyəsinin artırılması məsələləri müzakirə ediləcək.

Bundan başqa prezidentlərin görüşündə regional məsələlərin də müzakirə ediləcəyi bildirilir.

Qeyd edək ki, ötən gün Rusiya hökuməti 2015-ci ilin payızında Rusiya-Azərbaycan forumunun keçirilməsi ilə bağlı qərarı təsdiqləyib. Yekaterinburq şəhərində keçiriləcək Rusiya-Azərbaycan forumunda Prezident İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin iştirak edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm