Parlamentin komissiyaları ləğv olunur
Bizi izləyin

Nida.az

Parlamentin komissiyaları ləğv olunur

Bu gün yaz sessiyasının və ilin ilk toplantısında Milli Məclisdə Avropa Şurasının "Terrorçuluğun qarşısının alınması haqqında" Konvensiyasının təsdiqi, "Beynəlxalq Telekommunikasiya Reqlamenti"nin təsdiqi də gözlənilir. Parlamentdə bu gün Xəzər və Piral

Bu gün Milli Məclisin yaz sessiyasının 2014-cü il üçün ilk iclası işə başlayıb.

Publika.Az xəbər verir ki, parlamentin bir sıra komissiyalarının tərkibi yenidən təsdiqlənəcək. Bu, hər ilin əvvəlində keçirilən ilk iclasda Milli Məclisin gündəliyinə daxil olan məsələlərdən biridir.

Bu gün yaz sessiyasının və ilin ilk toplantısında Milli Məclisdə Avropa Şurasının "Terrorçuluğun qarşısının alınması haqqında" Konvensiyasının təsdiqi, "Beynəlxalq Telekommunikasiya Reqlamenti"nin təsdiqi də gözlənilir. Parlamentdə bu gün Xəzər və Pirallahı rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər də ediləcək.

Ümumilikdə Milli Məclisin 2014-cü ildə ilk iclasında 14 məsələyə baxılacaq. Toplantının əvvəlində parlamentin komissiyaları təşkil ediləcək, deputatların iş planı təsdiqlənəcək. Milli Məclis bu gün həmçinin bir sıra qanunları, beynəlxalq sənədləri təsdiqləyəcək. Deputatlar bəzi hökumətlərarası sazişləri müzakirəyə çıxaracaq. Milli Məclis üzvləri ““Heydər Əliyev" ordeninin təsis edilməsi haqqında” qanuna dəyişikliklər də edəcək.

Məclisin nizamnaməsinə əsasən, yaz sessiyası fevralın 1-də başlayır. Lakin bu dəfə 1 fevral şənbə gününə təsadüf etdiyindən, ilk iclasın vaxtı bu günə təyin edilib.

Vasif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm