• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

“Yoxa çıxan” Emin Hüseynov müraciət yaydı - GİZLİ

  • Nida.az
  • 26 Avqust 2014 13:04
  • 620 Baxış
“Yoxa çıxan” Emin Hüseynov müraciət yaydı - GİZLİ

Hazırda harada olduğu dəqiq bilinməyən Emin Hüseynovun rəhbərlik etdiyi Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu (RATİ) Avropa Şurasına müraciət edib.

Publika.az xəbər verir ki, müraciətdə Azərbaycan hökuməti tənqid olunub, demokratiyanın, insan azadlığının boğulmasında ittiham edilib.

Qeyd edilib ki, Avropa Şurasının baş verənlərə heç bir reaksiya verməməsi Azərbaycanda hüquqşünasları çətin vəziyyətə salıb. Müraciətdə diqqət çəkən məqam, ortadan yox olan E.Hüseynovun itməsi haqda bir cümlənin belə işlədilməməsidir. Hansı ki, əvvəlcə onun harada olduğunu bilmədiklərini deyən ailəsi daha sonra iqtidarı ittiham etmişdi.

Məlumatlara görə, E.Hüseynov xarici səfirliklərin birində (İsveçrə səfirliyində olduğu güman edilir-red) gizlənir. Bu müraciət onun hökumət tərəfindən saxlanılmadığına əsas verir. Deməli, E.Hüseynov sığındığı səfirlikdən fəaliyyətini gizli olaraq davam etdirir.

Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR