Erməni nazirlə “işbirliyi” – Eduard Bağırova şok ittihamlar
Bizi izləyin

Nida.az

Erməni nazirlə “işbirliyi” – Eduard Bağırova şok ittihamlar

Ukraynada separatçılara qarşı döyüşən azərbaycanlı Elşən Cavadzadə Eduard Bağırovun ermənilərlə işbirliyi haqda şok məlumatlar açıqlayıb.

Publika.az-a açıqlamasında azərbaycanlı döyüşçü bildirib ki, Ukraynada hakimiyyət daxilində xəyanətlər var.

Onun sözlərinə görə, Kiyev hökuməti erməni, yəhudi və son zamanlar rüşvət qarşılığında vəzifələr əldə etmiş bir neçə azərbaycanlının əlindədir.

“Onlar hərbi əməliyyatlarda patriot alayları xəyanət hesabına məhv etməklə məşğuldurlar. Ukrayna daxilində də vətənpərvərlərə qarşı təxribatlar olur, qətllər baş verir. Burada Ukrayna millətçilərinin iki qatı düşməni var: Erməni əsilli daxili işlər naziri Arsen Avakov (Avakyan) və onun ən yaxın dostu azərbaycanlı Eduard Bağırov. Bu adam özünü Azərbaycan cəmiyyətinin üzvü sayır. Lakin hər ikisinə Ukraynada erməni lobbisi dəstək verir. Onlar baş prokuror Vitali Yaremaya tabedirlər. Bu adam erməni diasporunun ən güclü adamıdır. Onun arvadı ermənidir. Yarema iki azərbaycanlını Kiyev və Odessaya prokuror təyin edib”, - E.Cavadzadə deyib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm