İsgəndər Həmidov birliyə razıdır: “Niyə də olmasın”
Bizi izləyin

Nida.az

İsgəndər Həmidov birliyə razıdır: “Niyə də olmasın”

“Mən bu müttəfiqliyə razıyam və bunu alqışlayıram. Hətta daha geniş tərkibdə olmasını istəyirəm”.Bu barədə sabiq daxili işlər naziri İsgəndər Həmidov Publika.Az –a açıqlamasında İsa Qəmbər-Pənah Hüseyn-İsgəndər Həmidov müttəfiqliyi haqqında yayılan xəbərl

“Mən bu müttəfiqliyə razıyam və bunu alqışlayıram. Hətta daha geniş tərkibdə olmasını istəyirəm”.Bu barədə sabiq daxili işlər naziri İsgəndər Həmidov Publika.Az –a açıqlamasında İsa Qəmbər-Pənah Hüseyn-İsgəndər Həmidov müttəfiqliyi haqqında yayılan xəbərlərə münasibət bildirərkən deyib.

Lakin o, bundan xəbərinin olmadığını da bildirib. Qeyd edib ki, ola bilsin ki, belə fikirlər var, lakin onun xəbəri yoxdur: “Mən İsa Qəmbər və Pənah Hüseynlə 25 ildir eyni hərəkatdayıq. Əgər onlardan belə təklif gəlsə niyə də razı olmayım. Çox istərdim ki, daha geniş tərkib olsun”.

İ. Həmidov əlavə edib ki, o, bu müttəfiqliyə Azərbaycan Milli Demokrat Bozqurd Partiyası olaraq qoşulacaq.
“hazırda mən partiyanın Təşkilat komitəsinin sədriyəm. Sədr qurultayda seçiləcək. Belə bir birlik olarsa, biz borqurdçular olaraq qatılacağıq”-deyə o bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm