İsa Qəmbərlə İsgəndər Həmidov “hə”, Pənah Hüseyn “yox” deyir
Bizi izləyin

Nida.az

İsa Qəmbərlə İsgəndər Həmidov “hə”, Pənah Hüseyn “yox” deyir

Müsavat başqanın müavini Gülağa Aslanlı isə hazırda belə bir müzakirələrin getmədiyini bildirib. Lakin qeyd edib ki, bu mümkün ola bilər

İsa Qəmbər-Pənah Hüseyn və İsgəndər Həmidov. Ölkədə yeni siyasi birliyin yaranması haqqında infoprmasiyalar yayılıb. Belə ki, hər üç şəxs qarşıdan gələn parlament seçkilərində bir blokadan çıxış edə bilər. Bununla bağlı artıq müzakirələrin başlanıldığı deyilir.Məsələ ilə bağlı hər üç tərəf fikirlərini Publika.Az -a açıqlayıb.

Sabiq baş nazir, Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn bildirib ki, onların belə bir niyyəti yoxdur. Onun sözlərinə görə, AXP olaraq heç bir partiya ilə nə müttəfiqlik etmək, nə də birlikdə təmsil olunmaq istəmirlər: “ Nə də belə bir danışıq aparırır. O cümlədən Müsavat Partiyası ilə də heç bir danışıq aparmırıq. Ümumiyyətlə belə bir niyyətimiz yoxdur. Bu xəbərlərin əsas yoxdur”.

Azərbaycan Milli Demokrat Bozqurd Partiyasınını Təşkilat Komitəsinin sədri, sabiq daxili işlər naziri İsgəndər Həmidov isə belə bir müttəfiqliyə razı olduğunu deyib. Hətta o, daha geniş birliyin olmasını təklif edir: “Mən İsa Qəmbər və Pənah Hüseynlə 25 ildir eyni hərəkatdayıq. Əgər onlardan belə təklif gəlsə niyə də razı olmayım. Çox istərdim ki, daha geniş tərkib olsun”. İ. Həmidov əlavə edib ki, o, bu müttəfiqliyə Azərbaycan Milli Demokrat Bozqurd Partiyası olaraq qoşulacaq.

“Hazırda mən partiyanın Təşkilat komitəsinin sədriyəm. Sədr qurultayda seçiləcək. Belə bir birlik olarsa biz borqurdçular olaraq qatılacağıq”-deyə o bildirib.

Müsavat başqanın müavini Gülağa Aslanlı isə hazırda belə bir müzakirələrin getmədiyini bildirib. Lakin qeyd edib ki, bu mümkün ola bilər: “Ümumiyyətlə hər şey mümkün ola bilər. Lakin hazırda bu məsələ ilə bağlı heç bir müzakirə, təklif yoxdur”.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm