“Azərbaycanda hər şey əks rakursdan göstərilir” – “Azadlıq” radiosunun bağlanması çağırışı
Bizi izləyin

Nida.az

“Azərbaycanda hər şey əks rakursdan göstərilir” – “Azadlıq” radiosunun bağlanması çağırışı

ABŞ-ın “Azadlıq” radiosunun bağlanmasına çağırış edilib.

Publika.az xəbər verir ki, bu təklifi amerikalı jurnalist, “The Jerusalem Post” və “Baltimore Jewish Times” qəzetlərinin keçmiş redaktoru, “Netsmart” portalının baş yazarı və redaktoru Maayan Yaffi Konqresin nəşri olan “Roll Call”dakı məqaləsində irəli sürüb.

Müəllif yazır ki, “Azadlıq” və “Amerikanın səsi” radiostansiyaları üçün xərclənən illik vəsait 750 milyon dollardır. Amerikalı jurnalist bu vəsaitin qarşılığında bu media qurumlarının obyektiv informasiya vermədiyini düşünür: “Onlar daxili və regional problemlərin obyektiv analizi və müzakirəsi, eləcə də demokratikləşməyə dəstək əvəzinə, bu dəyərləri müdafiə edən dövlətlərə hücumlar edirlər”.

M.Yaffi Azərbaycanı nümunə kimi göstərib: “Azərbaycanı götürək. Biz bu ölkə haqqında nə bilirik. Dözümlü cəmiyyət yaratmaq Azərbaycan siyasətinin prioritetlərindəndir. Bu ölkənin Təhsil Nazirliyi təhsilin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində beynəlxalq təşkilatlarla məhsuldar əməkdaşlıq qurur. Qlobal biznesə şəffaflığı gətirmək üçün Ekstrakt Sənayelərin Şəffaflığı proqramına ilk qoşulan ölkələrdən biridir. Dövlət Neft Fondu milli gəlirin qorunmasında dünyada ən yaxşı nümunələrdən biri hesab olunur.
Azərbaycan 11 sentyabr hadisələrində ABŞ-a qeyd-şərtsiz kömək təklif etmiş, Kosovaya, İraqa və Əfqanıstana sülhməramlılar göndərmiş, Amerikanın sübut olunmuş dostudur”.

Maayan Yaffi Azərbaycanın müsəlman Şərqində ilk demokratik ölkə olduğunu xatırladıb: “Cəmi 23 ay ərzində yaşaya bildi və Sovet İttifaqı (Rusiya – red) tərəfindən işğal edildi. Sovet İttifaqının köməyi ilə Ermənistan qüvvələri Azərbaycanın Dağlıq Qarabağ regionunu işğal etdi və bu gün həmin ərazilər Ermənistan işğalında qalır. Konflikt Moskvanın dəstəyi ilə uzandı. Bundan başqa, Sovet ordusu 20 yanvarda Bakıda ən böyük qırğınlar törətdi. 1991-ci ildə Azərbaycan müstəqilliyini yenidən əldə etdi. O vaxtdan, Azərbaycanda qadınlara və milli-dini azlıqlara azadlıq verilib. Qərbə açıq ölkədir. Azərbaycanda insanlar bu gün daha yaxşı yaşayırlar, onlar 20 il əvvəl belə yaşamırdılar. Sorğular göstərir ki, bu insanlar sabah bundan da yaxşı yaşayacaqlarına inanırlar”.

Maayan Yaffi əlavə edib ki, “Azadlıq” radiosu bu ölkədəki vəziyyəti tamamilə əks-rakursdan göstərir. Onun sözlərinə görə, radio bu ilin 1 iyul-5 avqust tarixində 30-dan artıq məqalə və video dərc edib və bu məqalələrin heç birində Azərbaycanın heç bir müvəffəqiyyəti göstərilməyib: “Plüralizm, vətəndaş cəmiyyəti, milli və regional inkişaf, ABŞ və İsraillə müttəfiqlik, bunların heç biri yada düşmür. Bu yaxınlarda, senator Rocer Uaker ABŞ-ın Xəzər regionunda Azərbaycan kimi etibarlı müttəfiqinin olduğunu qeyd etdi. Bildirdi ki, Azərbaycan iqtisadi tərəqqiyə və azadlığa doğru yol alıb. Eyni hissləri ifadə edən Konqres üzvlərinin siyahısı uzundur. Lakin “Azadlıq” radiosu bunlara diqqət yetirmir. Konqres isə “Azadlıq” radiosunun istədiyini yazmağa imkan verir. Hansı ki, bunlar Yaxın Şərq münasibətlərinin gərginləşməsi fonunda ABŞ-a zərər vurur. “Azadlıq” bizim başqa dövlətlərdə səsimizdir. Belə çıxır ki, biz özümüz özümüzə qarşı çıxış edirik”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm