Ağ Evə Qarabağ çağırışı: “Həll edin, əks təqdirdə...”
Bizi izləyin

Nida.az

Ağ Evə Qarabağ çağırışı: “Həll edin, əks təqdirdə...”

“Ağ Ev Dağlıq Qarabağ münaqişəsində ən yüksək səviyyədə iştirak etməlidir, əks təqdirdə, nəticə olmayacaq”.

Publika.az-a açıqlamasında bu sözləri Milli Məclisin Beynəlxalq əlaqələr və parlamentlərarası münasibət komitəsinin üzvü Asim Mollazadə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayzanın müsahibəsini şərh edərkən deyib.

Qeyd edək ki, M.Brayza rus mediasına müsahibəsində ABŞ prezident Barak Obama və dövlət katibi Con Kerrinin Dağlıq Qarabağ münaqişəsinin həllində birbaşa iştirak etməli olduğunu bildirib.

A.Mollzadə keçmiş həmsədr Brayzanın tamamilə haqlı olduğunu düşünür. Onun sözlərinə görə, Vaşinqton bunu ilk növbədə öz strateji maraqları baxımından etməlidir. “Azərbaycan Amerikanın mühüm tərəfdaşı olan ölkədir. Bu bölgədə sülhün olması Vaşinqtonun maraqlarına uyğundur. Bu baxımdan da, münaqişənin həll olunmasında Ağ Ev yüksək səviyyədə təmsil olunmalıdır”, - deyə millət vəkili vurğulayb.

A.Mollazadə əlavə edib ki, həmsədr ölkələr də bu problemin həllində yüksək səviyyədə qoşulmalıdır. O qeyd edib ki, Minsk qrupunda təmsil olunan hər üç ölkənin rəhbərliyi münaqişəni beynəlxalq hüquq çərçivəsində təxirə salmadan həll etməlidir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm