Başqanlığa namizəd meydan oxudu: “Gücümün şahidi olacaqlar”
Bizi izləyin

Nida.az

Başqanlığa namizəd meydan oxudu: “Gücümün şahidi olacaqlar”

“Mənim hansı gücdə olduğumu, nəyə qadir olduğumu seçki kampaniyası göstərəcək”.

Publika.az-a açıqlamasında bu sözləri Müsavat Partiyasının başqanlığına namizəd Səxavət Əlisoy deyib.

S.Əlisoy qeyd edib ki, gücünə heç bir şübhəsi yoxdur. “Əgər gücümə şübhəm olsaydı, namizədlik haqqında danışmazdım. Nəyə qadir olduğumun şahidi olacaqlar”, - deyə o, bildirib.

Başqanlığa namizəd Müsavatdakı demokratik mühitdən də bəhs edib. O, qeyd edib ki, istənilən partiya üzvü öz namizədliyini verə bilər: “Sabah açılsın, hər şey məlum olacaq”.

Qeyd edək ki, avqustun 27-dən etibarən Müsavat başqanlığına namizədlərin qeydiyyatına start veriləcək.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm