“Komandos”: “Bu hərbi blok İrəvan üçün pis gələcək vəd edir”
Bizi izləyin

Nida.az

“Komandos”: “Bu hərbi blok İrəvan üçün pis gələcək vəd edir”

“Komandos” ləqəbli ehtiyatda olan erməni generalı Ter-Tadevosyan Arkadi Azərbaycan, Türkiyə və Gürcüstan hərbi blokunun yaradılması ehtimalından danışıb.

Publika.az erməni mediasına istinadən xəbər verir ki, “komandos” belə bir layihənin reallaşmasının Ermənistan üçün təhlükəli ola biləcəyini bildirib.

“Bu üç ölkənin hərbi blokunun yaradılması inandırıcı deyil. Bundan əvvəl İranla belə bir ittifaqın olacağı deyilirdi. Lakin 15 il ərzində nəticə yoxdur. Amma bu da həqiqətdir ki, Azərbaycan-Gürcüstan-Türkiyə hərbi blokunun yaradılması Ermənistan üçün pis gələcək vəd edir”, - deyə o bildirib.


Qeyd edək ki, avqustun 19-da Naxçıvanda Azərbaycan, Türkiyə, Gürcüstan müdafiə nazirlərinin görüşü keçirilib. Ekspertlər bu görüşü yeni hərbi blokun yaradılması istiqamətində ilkin addım kimi dəyərləndirirlər.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm