• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

“Deputatları gərgin iş gözləyir” - Spiker

  • Nida.az
  • 3 Fevral 2014 12:41
  • 447 Baxış
“Deputatları gərgin iş gözləyir” - Spiker

Bu gün Milli Məclisin yaz sessiyasının 2014-cü il üçün ilk iclası işə başlayıb.Publika.Az-ın məlumatına görə, sessiya Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə davam etdirilib.

Çıxış edən Milli Məclisin sədri Oqtay Əsədov parlamentariləri yaz sessiyasının öz işinə başlaması ilə bağlı uğurlar arzulayaraq bildirib ki, payız sessiyası müddətində 10 iclas keçirilib və bu iclaslarda 170 qanun və qərar qəbul edilib. Spiker deyib: "Komitələrin isə 62 iclası keçirilib və orada 215 məsələyə baxılıb. Qəbul edilən bu qərarlar ölkə başçısının həyata keçirdiyi uğurlu siyasətin həyata keçirilməsi üçün hüquqi baza yaradıb. Biz əminik ki, Azərbaycan prezidenti ilham Əliyevin başçılığı ilə daha böyük uğurlara imza atacaq”.

O.Əsədov qeyd edib ki, parlamentin payız sessiyası müddətində 25 ölkəyə 60-dan çox səfər edib, 23 xarici nümayəndə heyətini isə qəbul edilib: “Yaz sesisyası müddətində deputataları gərgin iş gözləyir və sessiya müddətində qanunlarla yanaşı, hökumətin, ombudsmanın, bələdiyyələrin fəaliyyəti ilə bağlı hesabatı dinləyəcək. Büdcənin icra vəziyyəti haqqında hesabat veriləcək".

Qeyd edək ki, ilk iclasda deputatlar 14 məsələyə baxacaq . Həmin məsələlər aşağıdakılardır:

1. Azərbaycan Respublikası Milli Məclisi İntizam komissiyasının yenidən təşkil edilməsi haqqında

2. Azərbaycan Respublikası Milli Məclisi Hesablayıcı komissiyasının yenidən təşkil edilməsi haqqında

3. Azərbaycan Respublikası Milli Məclisinin 2014-cü-il yaz sessiyasının qanunvericilik işləri planı haqqında

4. "Azərbaycan Respublikası Hökuməti və Peru Respublikası Hökuməti arasında diplomatik və xidməti/xüsusi pasportlara malik olan şəxslərin viza tələbindən azad edilməsi haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında

5. "Azərbaycan Respublikası Hökuməti və İsrail Dövləti Hökuməti arasında diplomatik və xidməti pasportlara malik olan şəxslərin vizadan azad edilməsi haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında

6. "Azərbaycan Respublikası və Avropa İttifaqı arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi barədə

7. Avropa Şurasının "Terrorçuluğun qarşısının alınması haqqında" Konvensiyasının təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında

8. "Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında təhlükəsizlik üzrə əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında

9. "Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında işçi qüvvəsinin qarşılıqlı əmək fəaliyyətinə dair" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında

10. "Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında kombinə edilmiş yükdaşımaları haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında

11. "Beynəlxalq Telekommunikasiya Reqlamenti"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə

12. "Heydər Əliyev" ordeninin təsis edilməsi haqqında" Azərbaycan Respublikasının 2005-ci il 22 aprel tarixli 896-IIQ nömrəli Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında

13. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə

14. Bakı şəhərinin Xəzər və Pirallahı rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR