Deputatın yaxını qarda donaraq öldü
Bizi izləyin

Nida.az

Deputatın yaxını qarda donaraq öldü

Paytaxtda bir neçə yerdə sığınacaqlar təşkil olunsa da, qarlı qış gecələrində soyuqdan donaraq dünyasını dəyişənlər də az olmadı. Publika.Az xəbər verir ki, iki gün öncə millət vəkili Zahid Orucun yaxını da qarlı-şaxtalı havada faciəli şəkildə dünyasını dəyişib.

Deputatın 42 yaşlı yaxını gecə işdən çıxaraq evə gələrkən buz üstə sürüşərək huşunu itirib. Köməksiz vəziyyətdə səhərə qədər buzun üstündə qalan həmin şəxs donaraq ölüb. Millət vəkili ötən bazar günü yaxınının yas məclisində iştirak edib. Həmin şəxs Heydər Əliyev adına Hava Limanında çalışırmış. Allah rəhmət eləsin!

Movqe.az məlumatı dəqiqləşdirmək üçün Zahid Oricla da əlaqə saxlayıb. Millət vəkili xəbəri təsdiqləyərək hadisənin bir faciə olduğunu söyləməklə kifayətlənib. Eyni zamanda dünyasını dəyişən şəxsin ona yaxın insan olduğunu və ötən bazar yas mərasiminə qatıldığını da təsdiqləyib.

Vasif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm