• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

USAİD-in milyonluq qrant müsabiqəsinə sənədlər verənlər bəlli oldu

  • Nida.az
  • 27 Avqust 2014 11:23
  • 1 252 Baxış
USAİD-in  milyonluq qrant müsabiqəsinə sənədlər verənlər bəlli oldu

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Azərbaycanda müstəqil medianın inkişafı üçün elan etdiyi 2,4 milyon diollarlıq qrant müsabiqəsinə sənəd təqdim edənlərin adlarını açıqlayıb.

Publika.az xəbər verir ki, bu barədə vəkil Elçin Sadıqov “facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, USAİD-in elan etdiyi qrant müsabiqəsinə 3 iddiaçı var: “Bir neçə ay öncə USAİD 2,4 milyon dollar həcmində qrant müsabiqəsi elan edib. Bildiyimə görə, 3 iddiaçı var - İREX və “İnternyus” təşkilatları. Üçüncü iddiaçı isə öz çevrəsi ilə Xədicə İsmayılovadır. O, araşdırma jurnalistikasının inkişaf etdirilməsi ilə bağlı layihə təklifi verib”.


E. Sadıqov qeyd edib ki, ona və əməkdaşlıq etdiyi Media Hüququ İnstitutuna (MHİ) qarşı Xədicə İsmayılova tərəfindən aparılan kampaniya da məhz bu qrant müsabiqəsi ilə bağlıdır: “Əminəm ki, mənə və əməkdaşlıq etdiyim MHİ-yə qarşı qaralamalarının məqsədi şəxsi maraqdır”.


Vəkil bildirib ki, sözügedən müsabiqəni İREX və “İnternyus” qazanacağı təqdirdə, onlar MHİ ilə əməkdaşlığı davam etdirəcəklərini bildiriblər. “Mən belə nəticə çıxarmaqda tamamilə haqlıyam ki, Xədicə İsmayılovanın mənim və əməkdaşlıq etdiyim MHİ-nin əleyhinə qaralama kampaniyasının məqsədi qrant müsabiqəsinin əsas iddialıları olan iki təşkilatın tərəfdaşsız qalması görüntüsünü yaratmaqla öz layihəsinə əlavə şans qazandırmaqdır. Məsələ bu qədər sadədir. Ancaq vicdanlı mübarizədə, rəqabətdə bu ən son yolllardandır”,- deyə o bildirib.

Qeyd edək ki, ABŞ-ın Azərbaycandakı səfirliyi bir müddət öncə USAİD-in Azərbaycanda müstəqil medianın inkişafı üçün qrant proqramı elan etməsi ilə bağlı yaranmış vəziyyətlə əlaqədar bəyanatla çıxış etsə də, iddiaçıların adını açıqlamayıb. Bəyanatda qeyd olunub ki, təkliflərlə müraciət prosesində, habelə təkliflərin toplanmasında heç bir qeyri-nizamilik və ya uyğunsuzluq yer almayıb. Müsabiqə ilə bağlı təkliflər 2014-cü il mayın 21-dən iyulun 7-dək qəbul olunub. Lakin bunun gizli şəkildə elan edilməsi bir sıra şübhələrə yol açıb.


Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR