Nida.az
Başqanlığa namizədliyi həbsdə olarkən irəli sürülüb – İlginc fakt
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri,
başqanlığa namizəd Arif Hacılı ilə bağlı maraqlı fakt ortaya
çıxıb.
Publika.az xəbər verir ki, A.Hacılı hələ həbsdə olarkən onun başqanlığa namizədliyi irəli sürülüb.
Belə ki, həmin vaxt partiyanın Xaçmaz rayon təşkilatı onun başqanlığa namizədliyini irəli sürərək dəstəkləyəcəyini bəyan edib. Bu barədə Xaçmaz rayon təşkilatının sədr müavini Ramiz Əliyev bildirib. Onun sözlərinə görə, həmin vaxt həbsdə olmasına baxmayaraq, Müsavat Partiyasının Xaçmaz rayon təşkilatının axırıncı konfransında A.Hacılının başqanlığa namizədliyi irəli sürülmüşdü.
“Gülağa Aslanlı həmin vaxt bunu protokola qeyd etməmişdi. Xaçmaz rayon təşkilatı Arif Hacılının başqanlığını dəstəkləyir və müdafiə edəcək”, - deyə R.Əliyev bildirib.
Qeyd edək ki, A.Hacılı 2011-ci ilin 2 aprel tarixində həbs olunaraq
2 il 6 ay müddətində azadlıqdan məhrum edilib. O, həbsdən 22 iyun
2012-ci ildə çıxıb. Burada diqqət çəkən məqam, A.Hacılının təbliğat
kampaniyasının 2011-ci ildə başlamasıdır. Belə ki, Müsavat
qurultayının 2008-ci ildə olmasına baxmayaraq, onun keçirilməsi
artıq 6 ildir gecikir. Partiya bunu yer problemi ilə bağlasa da,
əsas məsələnin nizamnamədə İsa Qəmbərin getməsini şərtləndirən
müddəaların olduğu iddia olunur.
Maraqlıdır ki, başqanlığa digər iddialılar A.Hacılının
nizamanmədən kənara çıxaraq böyük təsirə malik olduğu rayon
təşkilatlarında əvvəldən kampaniyaya başladığını bildirirdilər.
Xüsusilə Tural Abbaslını dəstəkləyən gənc müsavatçılar bunu iddia
edir. Qarşı tərəf təkzib etsə də, R.Əliyevin açıqlaması müəyyən
ehtimalları ortaya qoydu. Görünür, A.Hacılı həmin vaxt İsa Qəmbərin
gedəcəyini bildiyi üçün kampaniyasını gerçəkləşdirmək istiqamətində
işə başlayıb.
Asif
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO