
Müsavat başqanının müşaviri Səxavət Əlisoy partiyadan istefa verib.
Publika.az xəbər verir ki, S.Əlisoy istefa ərizəsini başqan İsa Qəmbərə təqdim edib.
“Hörmətli, İsa bəy! Müsavat Partiyasının növbəti qurultayında
Başqanlığa namizədlik niyyətində olduğum üçün müşavir vəzifəsindən
istefamı qəbul etməyinizi rica edirəm. Seçkinin demokratik və
obyektiv keçməsi üçün namizədlərin təbliğat kampaniyasında başqan
müşaviri kimi yox, Müsavat Partiyasının sıravi üzvü kimi iştirakı
zəruri sayıram. İnanıram ki, başqanlığa iddialı digər vəzifə
sahibləri də bu seçkinin ədalətli sayılması üçün anoloji addım
atacaq.
Hörmətli, İsa bəy! Müsavat Partiyası Azərbaycanda demokratiyanın və söz azadlığının oturuşması üçün ardıcıl mübarizə aparır. Əminəm ki, qarşıdakı qurultaydan sonra da Müsavat Partiyası bu mübarizənin önündə gedəcək”, - deyə müşavir istefanın səbəblərini açıqlayıb.
Asif