İŞİD VII əsrdən başlayan xəstəlikdir - Araşdırma
Bizi izləyin

Nida.az

İŞİD VII əsrdən başlayan xəstəlikdir - Araşdırma

“İŞİD-in ABŞ-ın layihəsi olduğunu demək yanlışdır, bu sadəcə bir xəstəlikdir”.

Publika.az xəbər verir ki, bu sözlər Türkiyənin “Timeturk” saytının İŞİD terror təşkilatı ilə bağlı araşdırmasında yer alıb.

Araşdırmada deyilir ki, bir insan davamlı olaraq səhvlər edir, həqiqəti tapa bilmir və nəticə əldə edə bilmir. Bu patoloji xəstəliyin bir növüdür, amma hələ ki, tərifi tapılmayıb.

Bu gün İŞİD ABŞ-ın, Qərbin, Əsədin, hətta İranın da maraqlarına uyğun bəzi addımlar atır. Bununla yanaşı, bütün İslamın dünyadakı imicini korlayır, amma İŞİD-ə ABŞ layihəsi demək yanlış olar. Düzdür, İŞİD-ə qatılmaq asandır, sayları çox olması üçün hər kəsi qəbul edirlər, nəticədə xarici kəşfiyyat təşkilata asanlıqla sıza bilir. Lakin yenə də bunun xarici layihə olduğunu düşünmək çətindir.

“Ed Devletul İslamiyye beynel vehmi vel vaqıa” kitabının müəllifi İraqda ABŞ-a qarşı döyüşmüş, Ceyşul Mücahid Hərəkatının lideri olan şəxsdir. O, İŞİD lideri Bağdadi və Adnani ilə birlikdə həbsxanada olub. Eyni zamanda elm adamıdır. Onu kitabında Bağdadi ilə Adnanin xilafət və dövlət anlayışlarının səmimi, lakin xəyali və radikal olduğu deyilir.
Vaxtilə Bağdadini evində qonaq olaraq qəbul edən bu şəxs İŞİD-ə qarşı çıxır, onların əməllərini pisləyir, amma onun casus şəbəkəsi, yaxud Qərb layihəsi olduğunu düşünmür.

“İŞİD əvvəldən CİA layihəsi olsaydı, Bağdadi bu gün onunla mübarizə aparan və özünə bir nömrəli təhlükə hesab edən “Əl-Nüsra” Cəbhəsinin əmiri Cevlaniyi Suriyaya niyə əmir olaraq göndərdi? Qarşıda onlara mane olacaq şəxsi nə üçün yuxarı başa keçirdilər? Hər kəs bilir ki, “Əl-Nüsra” Cəbhəsi İŞİD-ə qoşulub problem çıxarmasaydı, onlar doğrudan da Yaxın Şərqdə böyük güc olardılar. Eyni zamanda, Suriyada İŞİD-lə mübarizə apara biləcək yeganə güc də “Əl-Nüsra” Cəbhəsidir”, - deyə Ceyşul Mücahid Hərəkatının lideri deyir.

Bu bir xəstəlikdirmi?

Tarixdə İslam cəmiyyəti içində xarici (xəvvaric-red) düşüncəli qruplar, camaatlar, hətta ordular belə olub. Xaricilər İslam tarixinin ən yüksək səhabələrindən olan Həzrəti Əli, Həzrəti Osman və Həzrəti Talhaya qarşı savaş açıblar.

İslam alimləri xaricilər haqqında bunları deyir:

-Böyük günah işləyən təkfirçilərdir.

-Əllərindəki ən böyük şüarı budur: “Hökm ancaq Allahındır”.

-Onlar etdikləri əməllərinə görə cənnətə düşəcəklərindən tamamilə əmindirlər.

-Xaricilər savaşan və fədakardırlar, inancları uğrunda asanlıqla ölümə gedirlər.

-Xaricilər İslamın xarici görünüşünə çox önəm verirlər.

-Xaricilər istər ərəb, istər qeyri-ərəb olsun, cahil insanlardır.

-Özləri kimi düşünən azlıqdan başqa hər kəsi kafir görürlər.

-İraq xaricilərin həmişə ana məskəni olub.

-Xaricilər müsəlmanlarla mübarizə aparır.

-Əksəriyyəti gənclərdən ibarət olur.


Bu amillərdən çıxış edəndə İŞİD-in xəvvaric qruplaşması olduğu aydın olur. Bu xəstəliklə mübarizə hələ VII əsrdən başlayır. Vaxtilə Həzrəti Əli xariciləri düz yola gətirmək üçün İslam tarixinin ən böyük səhabələrindən və alimlərinən olan Peyğəmbərin əmisi oğlu Abdullah İbn Abbası onların yanına göndərib.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm