Qubad İbadoğlu Müsavatda müşavirlikdən istefa verəcək - Özəl
Bizi izləyin

Nida.az

Qubad İbadoğlu Müsavatda müşavirlikdən istefa verəcək - Özəl

“Namizədlərin rəsmi qeydiyyatı başlayandan sonra müşavir vəzifəsindən istefa verəcəm”.

Publika.az-a açıqlamasında bu sözləri Müsavat başqanının müşaviri, başqanlığa namizəd Qubad İbadoğlu digər namizəd Səxavət Əlisoyun seçki prosesinin ədalətli olması üçün müşavirlik vəzifəsindən istefa verməsinə münasibət bildirərkən deyib.

Qeyd edək ki, S.Əlisoy digər namizədləri də vəzifələrindən istefaya çağırıb.

Q.İbadoğlu təklifi müsbət qiymətləndirdiyini açıqlayıb. “Hesab edirəm ki, seçkinin ədalətli, bərabərhüquqlu keçməsi üçün bütün namizədlərin statusu bərabərləşməlidir. Buna görə də Səxavət bəyin bu təklifini müsbət qiymətləndirir və açıqlayıram ki, namizədlərin qeydiyyatı başlayandan sonra mən də müşavir postundan istefa verəcəm”, - deyə o, bildirib.


Q.İbadoğlu qeyd edib ki, digər təkliflərini seçki kampaniyası başlayandan sonra açıqlayacaq.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm