Əli Həsənov: “Bunların arxasında siyasi güclərin iqtisadi maraqlarının dayandığı istisna deyil”
Bizi izləyin

Nida.az

Əli Həsənov: “Bunların arxasında siyasi güclərin iqtisadi maraqlarının dayandığı istisna deyil”

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənov avqustun 27-də İraq dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Heydər Əl-Barrakı qəbul edib. Qaçqınkomun mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, görüşdə bu gün İraqda cərəyan edən proseslər, bunun nəticəsində yaranmış qaçqın və məcburi köçkünlərdən söhbət açılıb.

Ə.Həsənov Azərbaycan hökumətinin bu ölkədə baş verənlərdən, gedən proseslərdən narahatlığını ifadə edərək bildirib ki, hər il dünyada bu cür münaqişələr, konfliktlər nəticəsində milyonlarla günahsız insan əziyyət çəkir, qaçqın və məcburi köçkünlərin sayı getdikcə artır. Lakin çox təəssüflər olsun ki, dünya buna göz yumur, milyonlarla günahsız insanın həlak olmasına, qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinə biganəlik göstərir.

Bunların bariz nümunəsi kimi, İraqda baş verənləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini, bunların nəticəsində yaranmış qaçqın və məcburi köçkün problemini önə çəkən Ə.Həsənov qeyd edib ki, dünya birliyi, nüfuzlu beynəlxalq qurumlar, münaqişələrin həlli üçün konkret addımlar atmaq əvəzinə, təəssüflər olsun ki, öz missiyalarını yalnız nəticəsiz bəyanatlar verməklə, kağız üzərində qətnamələr qəbul etməklə yerinə yetirir ki, bu da onlara bəslənilən inam və etimadı günü-gündən azaldır.

BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qoşunlarının Azərbaycan ərazisindən çıxarılmasını tələb edən 4 qətnaməsinin 20 ildən çoxdur ki, kağız üzərində qalmasını, ATƏT-in Minsk qrupu həmsədrlərinin münaqişənin həllində heç bir konkret nəticə əldə edə bilməməsini, 1 milyon 200 min vətəndaşımızın hələ də qaçqın və məcburi köçkün vəziyyətində yaşamasını bu inamsızlığın nəticəsi kimi dəyərləndirən Baş nazirin müavini bütün bunların arxasında siyasi güclərin iqtisadi maraqlarının dayandığını da istisna etməyib.

Haisələr nəticəsində İraqın da qaçqın problemi ilə üzləşdiyi, yüz minlərlə iraqlının evlərini tərk etmək məcburiyyətində qaldığı bildirilən görüşdə qeyd edilib ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarılığı tərəfindən 20 iyun 2014-cü il tarixində verilmiş bəyanatda da qeyd olunur ki, iraqlı qaçqınların ümumi sayı 1 milyon 400 min nəfərə çatmışdır və bu göstəriciyə görə İraq dünyada ikinci yerdə qərarlaşıb.

Diplomat hər iki dost ölkənin bu cür ağır problemlərlə üzləşdiyinidən təəssüfləndiyini bildirib.

Bu cür əldalətsizliklərin sonu olacağına əminlik ifadə olunan görüşdə səmimi qəbula görə minnətdarlığını bildirən iraqlı diplomat İraqı Azərbaycan üçün Ərəb dünyasının, Azərbaycanı isə İraq üçün Cənubi Qafqazın qapısı kimi dəyərləndirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm