Necdət Ünüvar: “Türkiyə-Azərbaycan münasibətləri çox inkişaf edib”
Bizi izləyin

Nida.az

Necdət Ünüvar: “Türkiyə-Azərbaycan münasibətləri çox inkişaf edib”

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) üzvü, Türkiyə Böyük Millət Məclisinin (TBMM) Türkiyə Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Necdət Ünüvar ölkəsinin baş naziri Rəcəb Tayyib Ərdoğanın prezident seçilməsinə münasibət bildirib.

N.Ünüvar Publika.az-a açıqlamasında deyib ki, hazırda Ankarada AKP-nin qurultayı keçirilir:

“Hazırda mən qurultaydayam. Azərbaycandan da millət vəkilləri burada iştirak edir. Hər şey yüksək səviyyədə təşkil olunub. İnşallah bütün bunlar Türkiyəyə fayda gətirər”.

TBMM-nin deputatı son günlər Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılacağı barədə yayılan məlumatlara da toxunub:

“Bu cür məlumatlar daha öncə də yayılmışdı. Ancaq heç biri doğru çıxmadı. Cənab Ərdoğan da hər zaman bu məsələ ilə bağlı mövqeyini bəyan edib. Bu da dəyişilməz olaraq qalır. Cənab Ərdoğanın dönəmində Türkiyə-Azərbaycan münasibətləri çox inkişaf edib və hazırda da davam edir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm