YAP-çı deputatdan satılmayan qəzetlərə TƏKLİF
Bizi izləyin

Nida.az

YAP-çı deputatdan satılmayan qəzetlərə TƏKLİF

"İndi Azərbaycanın iqtisadi və siyasi uğurları, eləcə də dünya ölkələrinin bir çoxunun beynəlxalq tədbirləri məhz ölkəmizdə keçirilməsi görünür ki, bir sıra xarici təşkilatları narahat edir". Publika.Az-ın məlumatına görə, bunu Milli Məclisin bugünkü plen

"İndi Azərbaycanın iqtisadi və siyasi uğurları, eləcə də dünya ölkələrinin bir çoxunun beynəlxalq tədbirləri məhz ölkəmizdə keçirilməsi görünür ki, bir sıra xarici təşkilatları narahat edir". Publika.Az-ın məlumatına görə, bunu Milli Məclisin bugünkü plenar iclasında iclasında çıxışı zamanı hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib.

Onun sözlərinə görə, son günlər internet səhifələrində Azərbaycanda terror aktı həyata keçirmək üçün bəzi təşkilatlar bəyanatlar verirlər: "Azərbaycan hüquq-mühafizə orqanlarına qarşı hər hansı terror aktlarının həyata keçirilməsi onu göstərir ki, ölkəmizin ictimai-siyasi həyatındakı sabitliyin hökm sürməsi hansısa dövlətə və təşkilata sərf etmir. Bunun nəticəsi olaraq da hədə qorxunun yeni bir üsuluna keçiblər. Hədələməklə məşğul olan təşkilatların arxasında duran dövlətlər, qurumlar bəllidir. Onlar bu istiqamətdə Azərbaycana qarşı təhdidlər, tələblər və şərtlər irəli sürməyə hazırlaşırlar. Lakin onlar hələ də bilmirlər ki, Azərbaycanda yaranan ictimai-siyasi sabitliyin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Hazırda həmin siyasət Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Azərbaycanın güclü hüquq mühafizə orqanları var. Eyni zamanda, Azərbaycan xalqının dövləti və prezidenti birlikdədir. Hər hansı bir təhdid Azərbaycanın maraqlarından geri çəkilməyə imkan verməyəcək və bunun dəfələrlə şahidi olmuşuq. Təbii ki, bu proses bundan sonar da davamlı şəkilə həyata keçiriləcək".

S.Novruzov həmçinin səyyar qəzet satışı ilə bağlı müxalifət mətbuatında yayılan məlumatlara da münasibət bildirib: "Bu gün Bakıda müasir standartlara cavab verən bir çox köşklər quraşdırılıb. Vətəndaş həmin köşklərdə istənilən qəzeti rahat şəkildə ala bilər. Ona görə də burada heç bir problem yoxdur. Kiminsə qəzeti satılmırsa, bunun problemini köşklərdə yox, onun məzmunda, mahiyyətdə axtarsınlar. İnsanlar üçün maraqlı nəsə varsa, bunu mütləq tapacaqlar. Ona görə də qəzetləri daha oxunaqlı və maraqlı dərc etmək lazımdır".

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm