• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Deputatlar Suriyada döyüşən azərbaycanlılara qarşı təcili tədbirlər görülməsini tələb etdi

  • Nida.az
  • 3 Fevral 2014 13:27
  • 624 Baxış
Deputatlar Suriyada döyüşən azərbaycanlılara qarşı təcili tədbirlər görülməsini tələb etdi

Bir qrup deputat Milli Məclisin bu gün işə başlayan yaz sessiyasının 2014-cü il üçün ilk iclasında çıxışı zamanı Suriyada döuyüşən Azərbaycan vətəndaşları ilə bağlı məsələyə münasibət bildiriblər.

Publika.Az-ın məlumatına görə, deputat Sədaqət Vəliyeva bildirib ki, Suriyada döyüşüb ölənlər şəhid olur: “Əslində bu heç də belə deyil. Belə bir məsələ nə Qurani-Kərimdə var, nə dəki dinidə. Şəhid ancaq öz Vətəni uğrunda və ya din uğrunda döyüşdə ola bilər. Daha iki müsəlman bir-birinə qarşı vuruşması şəhidlik ola bilməz. Bu işdə dövlət də öz imkanlarını artıraraq təbliğat işini gücləndirməlidir”.

Millət vəkili Fuad Muradov isə bildirib: "Bu gün Azərbaycanda bir neçə sayt var ki, onlar gəmncləri Suriyada döyüşə getməyi təşviq edir və oinun bu fəaliyyəti qanunaziddir. Bu saytlar açıq formada terroru təbliğ edir. Ona görə də bu saytlar qapadılmalıdır. Bunun üçün hüququ baza var və burada heç kimin başşqa mövqeyi və fikri ola bilməz”.

Millət vəkili Adil Əliyev isə qeyd edib ki, Suriyada döyüşənlərin Azərbaycana qayıdışına imkan vermək olmaz: “Onların qayıdışı burada yeni təhlükələrə yol aça bilər. Ona görə də onların qarşısı hər vəchlə alınmalıdır”.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR