Azay Quliyev Prezidentə təşəkkür etdi
Bizi izləyin

Nida.az

Azay Quliyev Prezidentə təşəkkür etdi

Azərbaycan dövləti və vətəndaş cəmiyyəti institutları istənilən məsələnin həlli ilə əlaqədar bir araya gəlib anlaşma əldə etməyə və sivil qaydada dialoq aparmağa qadirdilər. Bu baxımdan beynəlxalq təşkilatlara, xüsusilə AŞPA və Avropa Parlamentinə, ayrı-

Prezident yanında QHT-lərə Düvlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev Milli Məclisin bugünkü iclasında çıxışı zamanı 2013-cü il dekabrın 17-də Milli Məclisin QHT-lərin fəaliyyətini tənzimləyən qanunlara etdiyi əlavə və dəyişikliklərlə bağlı məsələnin müzakirəsinə münasibət bildirib.

Publika.Az-ın məlumatına görə, deputat A.Quliyev söyləyib ki, təşkil olunan dialoq çox məhsuldar keçib və narazılıq yaradan bütün məsələlərə aydınlıq gətirilib. O deyib: “Hesab edirəm ki, səmimi keçən bu görüşdən QHT-lər razı qaldılar və onların bir sıra narahatçılığına da son qoyuldu. Yekunda qərara aldıq ki, qanunun praktik tətbiqində ortaya çıxan mümkün problemləri operativ şəkildə həll etmək və müvafiq tədbirlər görmək məqsədilə Şuranın tərkibində hüquq və monitorinq komissiyası yaradılsın.

Bu bir daha onu göstərdi ki, Azərbaycan dövləti və vətəndaş cəmiyyəti institutları istənilən məsələnin həlli ilə əlaqədar bir araya gəlib anlaşma əldə etməyə və sivil qaydada dialoq aparmağa qadirdilər. Bu baxımdan beynəlxalq təşkilatlara, xüsusilə AŞPA və Avropa Parlamentinə, ayrı-ayrı ölkələrin səfirliklərinə müraciət edərək demək istərdim ki, artıq bu məsələ ilə əlaqədar kənar müdaxilələrə ehtiyac qalmadı və qoy onlar bundan sonra bu mövzunu istismar etməsinlər.

"İctimai iştirakçılıq haqqında" Qanunun tətbiq edilməsi ilə əlaqədar prezident İlham Əliyevin imzaladığı 16 yanvar 2014-cü il tarixli fərmanda çox mühüm məqamlar, o cümlədən qanunların və Prezident aktlarının “İctimai iştirakçılıq haqqında” Qanuna uyğunlaşdırılması, İctimai İştirakçılıq haqqında Qanunun pozulmasına görə inzibati məsuliyyəti müəyyən edən yeni qanun layihəsinin hazırlanması, Qanunun əsas mahiyyətini təşkil edən 1.0.1-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidentinin həyata keçirməsi kimi olduqca əhəmiyyətli müddəalar öz əksini tapıb.

Hesab edirəm ki, Cənab Prezidentin imzaladığı bu fərman Azərbaycan vətəndaşlarının dövlət idarəçiliyində və qərar qəbulunda yaxından iştirakını təmin edən çox mühüm bir sənəddir. Şübhəsiz ki, bu cür sənədlər dövlət başçısının siyasi iradəsi və vətəndaşlarına olan yüksək etimadı və inamı hesabına mümkün olur.

Fürsətdən istifadə edib, ölkəmizin ictimai sektoru adından belə bir demokratik qanunu imzaladığına və onun uğurlu icrasına zəmanət verdiyinə görə Cənab Prezidentə dərin təşəkkürümü bildirirəm”.

Xatırladaq ki, yanvarın 31-də Prezident yanında Qeyri-Hükumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşəbbüsü ilə 2013-cü il dekabrın 17-də Milli Məclisin QHT-lərin fəaliyyətini tənzimləyən qanunlara etdiyi əlavə və dəyişikliklər parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin, Ədliyyə Nazirliyinin Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti idarəsinin rəisi Rahim Rəhimovun, Avropa Komissiyasının Bakı ofisinin və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin və narazı QHT nümayəndələrinin iştirakı ilə geniş müzakirə edilib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm