Nida.az
Deputat şairin təklifini təkrarladı: Milli Məclisin adı dəyişdirilsin
Deputat Zahid Oruc parlamentin bu gün işə başlayan yaz sessiyasının 2014-cü il üçün ilk iclasında çıxışı zamanı Milli Məclisin adının dəyişdirilməsini təklif edib.
Publika.Az-ın məlumatına görə, deputat Z.Oruc deyib: "Azərbaycan parlamentinin adı Milli Məclis yox, Millət Məclisi olmalıdır. Bu məsələdə rus və ingilis dili qarşılığı ilə paralellər aparmaq lazım deyil. Yəqin deyəcəklər ki, Fransada da Milli Assambleya var və bu ad bir milləti xarakterizə etmir, bütövlükdə çoxluğu təmsil edir. Azərbaycan isə çoxmillətli ölkədir. Biz Milli Bankın adını dəyişib Mərkəzi Bank qoyduq. Azərbaycan parlamentinin adını da dəyişmək lazımdır. Burada siyasi mənada milli kimlik işarəti götürülməlidir. Mənim təklifim heç bir halda özümüzü Türkiyə Böyük Millət Məclisinə adekvat, simvolik addım atmaq, onlarla eyniləşdirmək düşüncəsindən irəli gəlmir. Azərbaycanda bu atributlar oturuşduqca, belə məsələlərə baxmaq lazımdır”.
Xatırladaq ki, bu təklif ilk dəfə deyil ki səsləndirilir. Bunu 1998-ci ildə mərhum şair, o zaman “Mədəniyyət” qəzetinin baş redaktoru olan Şahmar Əkbərzadə səsləndirmiş, lakin təklif dəstək almamışdı.
Vasif Həsənli
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...