Arif Hacılının qardaşı: “Qaydaları pozan cəzalanacaq”
Bizi izləyin

Nida.az

Arif Hacılının qardaşı: “Qaydaları pozan cəzalanacaq”

“Kimsə seçki kampaniyası zamanı əndazəni aşacaq təbliğat aparacaqsa, yanlış addımlara yol veriləcəksə, buna qarşı müvafiq tədbirlər görüləcək”.

Publika.az-a açıqlamasında bu sözləri Müsavat başqanının müavini, Arif Hacılının qardaşı Mustafa Hacıbəyli deyib.

Müşavir seçkinin ədalətli və bərabər şəkildə keçiriləcəyini düşünür. O, qardaşı Arif Hacılının şanslarını yüksək qiymətləndirir: “Lakin digər namizədlərin də gücü kifayət qədərdir. Bəzən iddialar səsləndirilir ki, Arif bəyin Qubad bəylə, Tural Abbaslı ilə münasibətləri pisdir. Bu doğru deyil, bu üç şəxsin bir-birinə münasibəti çox normaldır. Sadəcə olaraq kimlərsə kənardan qarşıdurma görüntüsü yaratmaq istəyir”.


M. Hacıbəyli partiyada namizədlər arasında rəqabətin olmasını inkar etməyib. “Bu çox normal haldır. 2000-ci il parlament seçkiləri zamanı Müsavatın namizəd siyahısı hazırlanarkən də kəskin rəqabət var idi. İndi də bu rəqabət var. Amma o vaxt olduğu kimi, bu dəfəki qurultaydan da Müsavat güclənərək çıxacaq. Çünki biz bir yerdə, çiyin-çiyinə olmağa məcburuq. Bunu hər kəs, o cümlədən namizədlər də dərk edir. Kimsə seçki kampaniyası zamanı qaydaları pozacaqsa, o, cəzalandırılacaq”, - deyə M.Hacıbəyli qeyd edib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm