“Ümumi düşmən”: “Balaca qardaşlar” Moskvaya qarşı niyə birləşdi?
Bizi izləyin

Nida.az

“Ümumi düşmən”: “Balaca qardaşlar” Moskvaya qarşı niyə birləşdi?

“Cənubi Qafqazda artıq qəbul edilmiş bir ifadə var: Gürcüstanda dəniz, Azərbaycanda neft, Ermənistanda isə diaspora var. Həqiqətən də İrəvanın xarici siyasətinə erməni diasporunun təsiri həddindən artıq hiss olunur”.

Publika.az xəbər verir ki, bu sözlər erməni diasporu haqqında Rusiyanın “Vestik Qafqaz” nəşrində dərc olunan yazıda yer alıb.

Qeyd olunur ki, xaricdə yaşayan erməni əhalisinin sayı Ermənistanda yaşayan ermənilərdən iki dəfə çoxdur. Qeyri-dəqiq hesablamalara görə, xaricdə yaşayan 5 milyon ermənidən təxminən yarısı Rusiyada yaşayır. Nəşr yazır ki, erməni milyonçularının güclü maliyyə dəstəyindən istifadə edən diaspora 1920-ci illərdə Türkiyəni 1915-ci il “erməni soyqırımı”nı tanımağa məcbur etmək istiqamətində formalaşan hərəkat kimi formalaşdı.
Ermənilərin böyük sayının nəzərə alan Rusiyanın erməni diasporu ilə münasibətləri yaxşı idi. Ən azından hansısa neqativ hallar olmurdu.

Yazıda vəziyyətin son zamanlar dəyişdiyi, xüsusilə ABŞ-da erməni diasporunun siyasi güc kimi ortaya çıxmasından sonra Rusiyadakı erməni diasporunun rəhbərliklə münasibətlərinin qırıldığı bildirilir: “İyulun ortalarında Moskvanın Basma məhkəməsi dünyada erməni diasporunun ən zəngin 10 adamından biri olan biznesmen Levon Ayrapetyanı həbs etdi. Ona qarşı mənimsəmə və sui-istifadə, həmçinin qeyri-qanuni yolla qazanılmış pulların leqallaşdırılması ittihamları irəli sürüldü. Lakin o, bu ittihamları qəbul etmədi”.

Nəşr qeyd edir ki, Ayrapetyana dəstək olaraq əvvəlcə İrəvanda aksiya keçirildi: “Orada elan edildi ki, Rusiya hakimiyyətinə təzyiq olaraq bu aksiyalar başqa ölkələrdə də keçiriləcək. Diaspora birgə və mütəşəkkil hərəkətə keçdi. Avqustun 22-də Nyu-Yorkda Rusiyanın konsulluğu qarşısında aksiya keçirildi, əllərində qondarma “Dağlıq Qarabağ Respublikası”nını bayrağı və “Levon Ayrapetyana azadlıq” şüarları olan plakatlar tutmuşdular. Bu provokasiyaya da bənzəyir. Çünki cinayətkar erməni biznesmenə mesenat imici sırımağa çalışırlar. Burada sual doğuran məsələ isə, erməni diasporunun Rusiyaya qarşı sanksiyalar tətbiq edən ölkələrdə aksiya keçirərək Rusiyaya qarşı çıxmalarıdır. Erməni diasporu biznesmen adı altında gizlənərək beynəlxalq səviyyədə anti-rusiya fəaliyyətinə qoşuldu. Amerika ermənilərinin özləri də etiraf edir ki, ən güclü olduqları bu ölkədə bəzən bir-birilərinə qarşı ziddiyyətli addımlar atır, parçalanırlar. Nəticədə bir sıra qətnamələr Konqresdə dəstək qazanmır. İndiki halda Rusiyanın ümumi düşmən kimi təqdim edilməsi və “ümumi düşmənə” qarşı birləşmək, xüsusilə Qərbin sanksiyaları fonunda olduqca əlverişlidir”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm