“Kaliforniyanın qətnaməsi kağız parçasıdır” - YENİLƏNİR
Bizi izləyin

Nida.az

“Kaliforniyanın qətnaməsi kağız parçasıdır” - YENİLƏNİR

Elman Abdullayev həmçinin İranda pilotsuz təyyarənin qəzaya uğraması ilə bağlı məsələyə münasibət bildirib.

O qeyd edib ki, Azərbaycan qonşu dövlətlərlə münasibətlərinə əhəmiyyət verir: “Heç bir 3-cü tərəf qonşularla münasibətilərimizə xələl gətirə bilməz. Azərbaycanın İranla tarixi mədəni bağlantıları var. Hansısa 3-cü tərəf dezinformasiya yayaraq münasibətlərimizin inkişafına xələl gətirə bilməz”.


İranın Azərbaycandakı səfiri ilə məsələ ilə bağlı məsləhətləşməyə gəlincə, XİN sözçüsü qeyd edib ki, Azərbaycan İran və digər qonşuları ilə məsləhətləşmə aparır.

13:06

“Yezidi kürdlərinin işğal edilmiş torpaqlara yerləşdirilməsi qanunsuzdur”

XİN-in mətbuat katibi Elman Abdullayev jurnalistlərlə görüşündə yezidi kürdlərinin Azərbaycan torpaqlarına yerləşdirilməsindən danışıb.

E.Abdullayev bildirib ki, yezidi kürdlərinin Azərbaycanın işğal altındakı torpaqlarında yerləşdirilməsi beynəlxalq hüquqa ziddir:

“Demoqrafiq vəziyyətin dəyişdirilməsinə cəhd göstərilməsi 4-cü Cenevrə konvensiyasına ziddir. Bununla Ermənistan tərəfi istənilən vəziyyətdə münaqişənin həlli prosesinə xələl gətirir. Ermənistanın dağıdıcı əməlləri bunu sübut edir. Atətin Minsk qrupu tərfindən bu məsələyə ciddi reaksiya verməlidir”.

12:44

“Azərbaycanla razılaşma olmadan işğal edilmiş ərazilərə edilən səfərlər qanunsuz sayılır və onların adı qara siyahıya salınacaq”.

Bunu XİN mətbuat katibi Elman Abdullayev Anastasiya Kərimovadan danışarkən deyib.
O bildirib ki, araşdırmalar nəticəsində onun səfərinin qanunsuz olduğu aşkarlanarsa, onda qara siyahıya daxil ediləcək.

E.Abdullayev vurğulayıb ki, qara siyahıda təxminən 300 nəfərin adı var. Onların əksəriyyəti isə həmsədr ölkələrdəndir. Səfər edən şəxs bununla bağlı nazirliyə məktub yazaraq peşman olduğunu və ya Ermənistan tərəfindən aldadıldığını bildirirsə, adı qara siyahıdan çıxarılır.

“ABŞ-ın Kaliforniya ştatının senatı tərəfindən qəbul olunan “DQR”-in müstəqilliyi haqda qətnamə kağız parçasından başqa bir şey deyil”.

12:40

Publika.az-a açıqlamasında bu sözləri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Kaliforniya ştatının qondarma “Dağlıq Qarabağ Respublikası”nını müstəqilliyini tanımaqla bağlı qəbul edilən qətnaməni şərh edərkən deyib.

E.Abdullayev qeyd edib ki, bu qətnamə qanuni təsir malik deyir.

“Bu, bəzi ermənipərəst konqresmenlər tərəfindən irəli sürülüb. Dekorativ xarakter daşıyır və Amerika qanunvericiliyinə ziddir. Bu həm də ABŞ xarici siyasət strategiyasına kölgə salır. Qətnamənin mahiyyətinə gəlincə, bu olduqca mənasız bir sənəddir. Sadəcə olaraq erməni KİV-i bunu xüsusi olaraq təqdim edir. Onlar həmişə nəyisə şişirdib uğur kimi göstərməyə adət ediblər”, - deyə XİN sözçüsü bildirib.

Qeyd edək ki, dünən ABŞ-ın Kaliforniya ştatının Senatı bu gün qondarma “Dağlıq Qarabağ Respublikasının” müstəqilliyi haqqında qətnaməni qəbul edib.

Xatırladaq ki, Kaliforniya Assambleyası Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınmasını nəzərdə tutan qətnaməni bu ilin mayın 8-də qəbul edib. Erməni mediası yazır ki, sözügedən qətnamənin qəbulu ilə ABŞ-ın 5 ştatı “DQR”in müstəqilliyini tanımış olacaq.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm