Müsavat başqanlığına ilk namizəd bəlli oldu
Bizi izləyin

Nida.az

Müsavat başqanlığına ilk namizəd bəlli oldu

Müsavat Partiyası başqanlığına ilk rəsmi namizəd Divan üzvü Tural Abbaslı olub.

Publika.az-a bu barədə T.Abbaslının özü məlumat verib.

Başqanlığa namizəd bildirib ki, bu gün səhər onun namizədliyi rəsmi olaraq qeydə alınıb. “Mübarizəni sona qədər aparacağıq. Şanslarımı yüksək dəyərləndirirəm, lakin nəticələrdən asılı olmayaraq, yenə də Müsavat Partiyasının qalib gələcəyini düşünürəm”, - deyə o, bildirib.

Qeyd edək ki, T.Abbaslının əsasın müsavatçı gənclər dəstəkləyir. Bu gün səhər saat 10:00-da Müsavat başqanlığına namizədlərin qeydiyyatına və seçki kampaniyasına start verilib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm