"Bələdiyyə sədrlərini birbaşa vətəndaşlar seçməlidirlər" - Təklif
Bizi izləyin

Nida.az

"Bələdiyyə sədrlərini birbaşa vətəndaşlar seçməlidirlər" - Təklif

Milli Məcisin bu gün keçirilən plenar iclasında çıxış edən Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib ki, bələdiyyə üzvləri ilə yanaşı, bələdiyyə sədrlərini də vətəndaşlar seçməlidirlə

Milli Məcisin bu gün keçirilən plenar iclasında çıxış edən Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib ki, bələdiyyə üzvləri ilə yanaşı, bələdiyyə sədrlərini də vətəndaşlar seçməlidirlər.

Deputat təklif edib ki, bu məsələ ilə bağlı müvafiq qanunvericiliyə də dəyişikliklər edilməlidir.

Onun fikrincə, dünyada ən asan bələdiyyə seçkiləri Azərbaycanda keçirilir. Bir namizədin irəli sürülməsi üçün 10-15 nəfərin imzası yetərlidir. Hazırda bələdiyyə sədrini bələdiyyə üzvləri öz aralarından seçirlər. Əslində bu, düzgün deyil: "Yaxşı olardı ki, seçicilər bələdiyyə üzvlərini seçdikləri kimi, bələdiyyə sədrini də seçsinlər. Çünki bu həmin bələdiyyə sədrləri qarşısında məsuliyyət yaradar. Bu həm bələdiyyə sədrinin işini asanlaşdırar, həm də onun vətəndaşlarla birbaşa əlaqələrində problemlərin qarşısını alar".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm