Leyla Yunusa etiraz: “Nobel mükafatına layiq olmaq lazımdır”
Bizi izləyin

Nida.az

Leyla Yunusa etiraz: “Nobel mükafatına layiq olmaq lazımdır”

Hazırda vergidən yayınma və qeyri-şəffaf fəaliyyətinə görə həbsdə olan Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusun Nobel Sülh mükafatına namizədliyinin verilməsi təklif olunub.

Publika.az xəbər verir ki, bu təkliflə hazırda Amerikada yaşayan eks-spiker Rəsul Quliyevə yaxın Gələcək Azərbaycan Partiyası (GAP) çıxış edib.

Partiya bununla bağlı artıq kampaniyaya da başlayıb.

Qeyd edək ki, daha çox siyasi məhbus və ermənilərlə “xalq diplomatiyası” mövzusunda gündəmə gələn L.Yunusun fəaliyyətinə münasibət birmənalı deyil. Müsavat Divanının üzvü, hüquqşünas Novella Cəfəroğlu dəfələrlə bildirib ki, L.Yunus heç vaxt müxalifətçiləri müdafiə etməyib. Bu baxımdan, N.Cəfəroğlu onu ədalətli hüquq müdafiəçisi hesab etmir. Nobel mükafatının verilməsi təklifinə gəlincə, N.Cəfəroğlu bizimlə söhbətində “no komment”, deyərək məsələyə şərh vermək istəməyib.


Hüquq müdafiəçisi Səadət Bənənyarlı isə qeyd edib ki, Nobel mükafatına layiq olmaq lazımdır: “Azərbaycanda ildə 8-10 namizəd bu mükafata təqdim edilir. Amma heç birinə verilmir. Gərək buna layiq olasan. Yoxsa atılıb-düşərək mükafata iddia etmək doğru deyil. Digər tərəfdən, Nobel mükafatının siyasi mahiyyət daşıdığını hamı bilir. Buna görə də mənim üçün bunun olub, yaxud olmaması mənasızdır”.

Asif




Oxumağa davam et
Reklam
Reklam

Gündəm