Sərdar Cəlaloğlu: “Müsavatın qurultayı baş tutmayacaq”
Bizi izləyin

Nida.az

Sərdar Cəlaloğlu: “Müsavatın qurultayı baş tutmayacaq”

“Müsavatın sentyabrın 27-nə təyin olunan qurultayı baş tutmayacaq”.

Publika.az-a açıqlamasında bu sözləri Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.

Partiya sədri qurultayın baş tutacağına inanmır: “Hesab edirəm ki, İsa Qəmbərin getməsinin qarşısı alınacaq. Çünki bu Müsavat üçün böyük itki olardı, xüsusilə də seçki öncəsi. Düzdür, hazırda seçki kampaniyası və namizəd qeydiyyatına start verilib. Lakin yenə də inanmıram ki, qurultay baş tutacaq. Ola bilsin ki, qurultayın vaxtı yenə ertələnsin, seçkidən sonraya saxlanılsın”.

ADP sədri əlavə edib ki, İ.Qəmbərin yerinə alternativ olaraq Arif Hacılını görür.

“Digər namizədlər də kifayət qədər təcrübəlidir. Lakin Müsavatı saxlaya biləcək şəxs İsa Qəmbərdən sonra Arif Hacılıdır. Əgər qurultay həqiqətən də keçirilsə, o zaman Arif Hacılının başqan ola bilmək şanslarını yüksək qiymətləndirirəm. Amma yenə deyirəm ki, qurultayın həqiqətən də keçiriləcəyinə inanmıram”, - deyə o, bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm