Mehriban Əliyeva Avropa Oyunlarında istifadə ediləcək idman obyektlərində olub
Bizi izləyin

Nida.az

Mehriban Əliyeva Avropa Oyunlarında istifadə ediləcək idman obyektlərində olub

Avqustun 28-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva ölkəmizdə keçiriləcək bu mötəbər tədbirə hazırlıqla əlaqədar inşası davam etdirilən və yenidən qurulan idman obyektlərində görülən işlərlə tanış olub.

Azərbaycanın birinci xanımıəvvəlcə Bakı Olimpiya Stadionunda tikinti işlərinin gedişi ilə tanış olub.

Sonra Mehriban Əliyeva Heydər Əliyev adına İdman-Konsert Kompleksində görülən təmir işləri ilə tanış olub. Məlumat verilib ki, ümumi ərazisi 46 min kvadratmetr olan kompleksin təmir işlərinin gələn ilin yanvarında başa çatdırılması nəzərdə tutulub. Məşq korpusunun birinci və ikinci mərtəbələrinin divar və döşəmələri keramoqranit və metlaxla örtülüb. Əsas korpusun birinci mərtəbəsinin foyesi yeni keramik örtüklə üzlənib, tavanda son tamamlanma işləri gedir. İdman-Konsert Kompleksi yeni internet şəbəkəsi, təhlükəsizlik və xəbərdarlıq sistemləri ilə təchiz ediləcək. Binada yeni yanğınsöndürmə və videomüşahidə sistemləri də quraşdırılacaq.

Paytaxtın mərkəzində, Dənizkənarı Bulvarda yerləşən Bakı İdman Sarayında da əsaslı təmir işləri aparılır. Binanın 1974-cü ildə inşa olunduğu nəzərə alınaraq burada müasir tələblərə uyğun yenidənqurma işləri görülür. Bina yenidənqurmadan sonra Olimpiya və Paralimpiya oyunlarının keçirilməsi üçün ən münasib idman qurğularından biri olacaqdır. Bakı İdman Sarayında aparılan təmir işləri də birinci Avropa Oyunlarına hazırlıq tədbirləri çərçivəsində həyata keçirilir. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva binada aparılan yenidənqurma işləri ilə tanış olmaq üçün Bakı İdman Sarayına gəlib. Məlumat verilib ki, artıq sarayın yenidənqurma işləri yekunlaşıb, struktur işləri də tamamlanmaq üzrədir. Bildirilib ki, struktur işləri ilə paralel binanın daxili tamamlanma işləri də yerinə yetirilir. Hazırda otaqlar, arakəsmələr və tavan işləri görülür. Qeyd olunub ki, bu idman sarayında müasir havalandırma sistemi qurulur, su və elektrik təchizatı işləri aparılır. Təmir işləri zamanı binanın seysmik dayanıqlığı da nəzərə alınıb. Bunun üçün sarayda xeyli sayda bərkitmə işləri aparılıb. Əlavə olaraq binaya zirzəmi qatından 5 ədəd yanğın çıxışı pilləkən qəfəsləri də qoyulub. Bununla yanaşı, birinci mərtəbədə yanğın üçün 12 təxliyyə qapısı nəzərdə tutulub. Dördmərtəbəli binada 6 müasir lift də quraşdırılıb. Olimpiya və Paralimpiya oyunlarının keçirilməsi üçün nəzərdə tutulan kompleksdə oturacaqların sayı artırılaraq 1500-dən 1850-yə çatdırılıb.

Mehriban Əliyeva Su İdmanı Sarayında inşaat işlərinin gedişi ilə tanış olub. Gənclər və idman naziri Azad Rəhimov Su İdmanı Sarayında layihə əsasında görülən işlərlə bağlı məlumat verib. Bildirib ki, tikintisinə ötən ilin fevral ayında başlanılan Su İdmanı Sarayı üçün 6 hektar torpaq sahəsi ayrılıb. Ümumi sahəsi 66 min kvadratmetr olan saray Beynəlxalq Üzgüçülük Federasiyasının tələblərinə tam cavab verir. Sarayda üç üzgüçülük hovuzu yaradılır. Uzunluğu 50, eni 25 metr olacaq əsas hovuz yarışlar üçün nəzərdə tutulub. İkinci hovuzda isə məşqlər keçiriləcək. Məşq hovuzunun bir hissəsində dərinliyi artırıb-azaltmaq mümkün olacaq. Hündürlükdən suyatullanma hovuzunun uzunluğu 25, eni 20 metrdir. Sarayda keçiriləcək idman yarışlarını 6 min 200 tamaşaçı izləyə biləcək. Burada idmançıların məşq etmələri, respublika və beynəlxalq səviyyəli yarışların təşkili üçün hər cür şərait olacaq. Ən vacib məqamlardan biri isə odur ki, idman sarayının enerji tələbatının 25 faizini burada quraşdırılan günəş batareyaları təmin edəcək.





























Oxumağa davam et
Reklam
Reklam

Gündəm