İkinci “qaz müharibəsi” qapıda: Azərbaycanın hansı tərəfdədir?
Bizi izləyin

Nida.az

İkinci “qaz müharibəsi” qapıda: Azərbaycanın hansı tərəfdədir?

Ukrayna və Rusiya arasında yeni “qaz müharibəsi” yaxınlaşır. Yeni il ərəfəsində Avropa İttifaqı Kiyevin təbii qazla təchizatı məsələsində xoşagəlməz sürprizlə qarşılaşa bilər.

Publika.az xəbər verir ki, Rusiyanın “Vestik Qafqaz” nəşri qarşıdan gələn qışda gözlənilən “qaz müharibəsi” və burada Azərbaycanın əhəmiyyətini şərh edib.

Nəşr yazır ki, hazırda Xəzər hövzəsi qazı Avropa bazarında Rusiyaya alternativ olaraq düşünülür. Halbuki Rusiya qazı olmadan Avropa qışı yola sala bilməyəcək. Hətta bundan 5 il sonra da eyni vəziyyətin davam edəcəyi gözlənilir. Hazırda avropalıların ümidi Azərbaycan və Türkiyə layihəsi olan TANAP-dır. Bu kəmərlə qaz Yunanıstana qədər aparılacaq, TAP-ın reallaşmasından sonra isə mavi yanacaq İtaliyaya çatdırılacaq.

“Cənub dəhlizi” Rusiyanın “Cənub axınına” alternativ olaraq təqdim edilir. Lakin “Şahdəniz” yatağı Avropaya göndəriləcək 10-15 milyard kubmetr qazla 63 milyard kubmetr ötürücülük gücü olan “Cənub axını”na uduzur. Digər tərəfdən isə “Şahdəniz”dən çıxarılacaq qaz Avropaya 2018-ci ildən tez çatmayacaq.
Amma bu kəmər Avropanın enerji təminatında etibarlılığı artıracaq. Lakin Şərqi Avropa 2009-cu ilin qışında Kiyevlə Moskva arasında yaranmış fikir ayrılığına görə çəkdiyi əziyyəti hələ unutmayıb.


Gözlənilən “qaz müharibəsi”ndə isə Bakının tutduğu mövqeyin ehtiyatlı olduğu deyilir. “Azərbaycan üçün qazın Avropa bazarında çıxışı prinsipial məsələdir. Lakin Bakı öz qərarlarını qəbul edərkən partnyoru olan Rusiyanın maraqlarını mütləq nəzərə alır. Misal olaraq uçuruma düşən “Nabukko” əvəzinə TAP kəmərinin irəli sürülməsini göstərmək olar. “Nabukko” baş tutsaydı, yəqin ki, bu gün avropalılar Rusiya qarşısında “Nabukko” bayrağını cəsarətlə yelləyərdilər”, - “Vestik Qafqaz” nəşri bildirir.


Nəşr hesab edir ki, Türkiyə və Azərbaycan tandemi də effektiv şəkildə Rusiyanın maraqlarına işləyir: “Unutmaq lazım deyil ki, “Cənub axını”nın sualtı hissəsi Qara dənizinin dibindən türk iqtisadi zonası üzrə keçəcək və pulu onlar alacaqlar. Bu baxımdan, Ankara Moskva ilə əməkdaşlığı ardıcıllıqla davam etdirir, heç bir mübahisəyə qarışmır, əksində Qərblə yaranmış problemlərin öhdəsindən gəlmək üçün Rusiyaya kömək edir. Bununla yanaşı, Azərbaycan və Türkiyə kənd təsərrüfatı məhsullarının böyük qisminin idxalı Rusiya istehlakçılarına defisit hiss etməməyə kömək edəcək. Üç ölkənin biznes sahəsində xüsusi impulsları var. Rusiyada aqrar sahədə Azərbaycan şirkətləri işləyir, Rusiya-Türkiyə ticarət dövriyyəsi haqqında isə geniş danışmaq olar. Əslində Ukrayna böhranı Rusiyaya kimin dost, kimin düşmən, kimin öz maraqlarını güddüyünü ortaya çıxardı”.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm