Azərbaycanın birinci xanımının fəaliyyəti İsrail radiosunda
Bizi izləyin

Nida.az

Azərbaycanın birinci xanımının fəaliyyəti İsrail radiosunda

İsrailin “Birinci radiosu”nun “Günün detalları” verlişində dünən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın fəaliyyəti haqqında şərh verilib.


Publika.az xəbər verir ki, tanınmış israilli jurnalisti Mark Kriçevskinin populyar “Günün detalları” verilişində “Birinci radionun” daimi şərhçisi, beynəlxalq münasibətlər üzrə ekspert Arye Qut da iştirak edib.

A.Qut qeyd edib ki, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva müstəqil Azərbaycanın birinci xanım statusunu qızıl hərflərlə müasir, güclü və dünyəvi Azərbaycan tarixinə yazıb. İsrailli ekspertin sözlərinə görə, Azərbaycanın birinci xanımı Mehriban Əliyevə dünyada tolerantlıq və multikulturalizm ideyasının təbliğ edən UNESCO –nun ən fəal xoşməramlı səfiridir.

“Bu gün Azərbaycan tolerantlıq və multikulturalizm baxımından dünya mərkəzlərindən biridir , burada müxtəlif xalqların və dinlərin nümayəndələri əsrlər boyu sülh, dostluq və qardaşlıq şəraitində yaşayıb. Ta qədim dövrlərdən bəri Azərbaycanın siyasi-ictimai və mədəni tarixi müxtəlif milli, dini mənsubiyyətləri olan xalqların vahid tarixinə şahidlik edir. Quba rayonundakı Qırmızı Qəsəbə dünyada yəhudilərin yığcam şəkildə yaşadığı yeganə və unikal bir məkan, həqiqi mənada Azərbaycanın fəxridir. Burada yəhudilərlə azərbaycanlılar əsrlər boyu qardaş kimi səmimi yaşayırlar. Burada onları ortaq tale və ortaq tarix bağlayır. Azərbaycan əsl sivilizasiyalar arası dialoq nümunəsidir. Siz mənə ikinci bir müsəlman yaxud xristian ölkəsi göstərin ki, orada Prezidentin və ölkənin birinci xanımının himayəsi ilə iki sinaqoq və Cənubi Qafqazda ən böyük yəhudi təhsil mərkəzi tikilmiş olsun. Mənim fikrimcə, siz sadəcə olaraq ikinci belə bir ölkə tapa bilməzsiniz. Burada da Azərbaycanın birinci xanımı ilə razılaşmaq olar ki, bu gün də çoxkonfessiyalı və çoxmillətli Azərbaycan tolerantlıq və multikulturalizm ənənələrinə sadiqdir və bu, müasir Azərbaycanın ən böyük mənəvi sərvətidir”- İsrailin “Birinci radiosunun” suallarına cavab Arye Qut deyib.


Azərbaycanın birinci xanımının beynəlxalq layihələr haqqında sualına cavab verən A.Qut bildirib ki, iki il əvvəl məhz Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu “Azərbaycan – tolerantlıq məkanı” layihəsini həyata keçirməyə başlayıb: “Ümumbəşəri mədəniyyətə və sülhə öz töhfələrini verən Heydər Əliyev Fondu Azərbaycanın dünya miqyasında daha geniş spektrdən tanınmasında, Azərbaycan xalqının milli dəyərlərinin qorunmasında və təbliğində mühüm rol oynayır. Milli Məclisin deputatı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun həyata keçirdiyi mədəni-ictimai tədbirlər Azərbaycan Respublikasının inkişafına, dövlətçiliyin möhkəmləndirilməsinə, Azərbaycanın dünya birliyində öz layiqli yerini tutmasına doğru istiqamətlənmişdir. “Azərbaycan – tolerantlıq məkanı” kimi irimiqyaslı layihə çərçivəsində görülən işlər və əldə olunan uğurlar Azərbaycanın ümumi inkişaf strategiyasına, sosial və humanitar siyasətə, o cümlədən Azərbaycanın təbliğinə layiqli töhfələr verib. Layihə çərçivəsində dini abidələrdə, ziyarətgahlarda və tikililərdə təmir-bərpa işləri aparılır, mövzuya aid sərgilər təşkil olunur. Foto-sərgidə Heydər Əliyev Fondunun “Azərbaycan – tolerantlıq məkanı” layihəsi çərçivəsində Azərbaycana dəfələrlə yaradıcı səfərlər etmiş dünya şöhrətli fotoqraf Reza Deqatinin Azərbaycanda dini tolerantlığı əks etdirən fotoşəkilləri sərgilənib. Mehriban Əliyevanın bu uğurlu layihəsi dünya birliyinə sübut edir və göstərir ki, “Odlar yurdu” bir çox xalqların və konfessiyaların dinc yanaşı yaşamasının unikal nümunəsidir. Birinci xanımın təşəbbüsü ilə həyata keçirilən bu layihə Azərbaycan dövlətinin tolerantlığın və multikulturalizm siyasətinin qorunub saxlanmasına, müasir və güclü Azərbaycan modeli kimi möhtəşəm nümunə üzərində bu siyasətin daha da inkişaf etdirilməsi və təbliğ olunması strategiyasının təsdiqidir”.


A.Qutun fikrincə Mehriban Əliyeva və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu gün Azərbaycan Respublikasının nüfuzunun və beynəlxalq imicinin artırılması üçün ürəkdən çalışır.
“Bu gün Azərbaycan Cənubi Qafqazda geosiyasi və geoiqtisadi proseslərin şəksiz lideridir. Azərbaycan regionun lider dövləti kimi özünü tam təsdiq edib. Onun iştirakı olmadan Cənubi Qafqazda heç bir geosiyasi və geoiqtisadi layihəni həyata keçirmək mümkün deyildir. Tamamilə təbiidir ki, bu faktorlar Azərbaycana dərin siyasi və iqtisadi maraq doğurur. Mehriban Əliyeva və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu kifayət qədər yaxşı anlayırlar ki, dünyanın siyasi, iqtisadi və akademik elitasında müasir Azərbaycan Respublikası , onun zəngin mədəniyyəti , incəsənəti , turizmi , mətbəxi və ənənələri haqqında obyektiv, dəqiq, düzgün və həqiqi təsəvvürü Azərbaycanın beynəlxalq nüfuzu üçün ən mühüm və zəruri vəzifədir. Burada “Eurovision- 2012” Bakıda keçirilən beynəlxalq mahnı müsabiqəsini xatırlamağa dəyər. Azərbaycana gələn turistlər və müsabiqə iştirakçıları bu mötəbər müsabiqənin yüksək səviyyədə təşkili, Azərbaycan xalqının qonaqpərvərliyindən çox razı qaldılar, Bakının gözəlliyinə heyran qaldılar. Qeyd etmək lazımdır ki, Mehriban Əliyeva məhz bu beynəlxalq mahnı müsabiqəsinin keçirilməsi üzrə təşkilat komitəsi nə rəhbərlik edirdi. İndi isə Mehriban xanım Azərbaycan üçün daha vacib və əhəmiyyətli layihə olan - 2015-ci ildə Bakıda keçiriləcək İlk Avropa Olimpiya Oyunlarının keçirilməsi üzrə Təşkilat komitəsinə rəhbərlik edir. Başqa sözlə desək, bu gün Azərbaycanın birinci xanımı Avropada və İslam dünyasında olan birinci xanımlardan fərqli olaraq, Azərbaycan dövlətçiliyinin rifahı, müstəqil ölkənin beynəlxalq imicin yüksəlməsi, Azərbaycanda və xaricdə yaşayan soydaşları naminə öz böyük və önəmli işini şərəflə və məsuliyyətlə davam etdirir”, -deyə israilli ekspert vurğulayıb.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm