“Kimlər gəldi, kimlər getdi”- Arif Hacılı ilə Qubad İbadoğlunun maraqlı dialoqu
Bizi izləyin

Nida.az

“Kimlər gəldi, kimlər getdi”- Arif Hacılı ilə Qubad İbadoğlunun maraqlı dialoqu

Müsavat başqanlığına əsas iddialı iki namizəd Qubad İbadoğlu ilə Arif Hacılı arasında maraqlı dialoq yaşanıb.

Publika.az xəbər verir ki, dialoqa Müsavat Partiyası Divanını üzvü, iqtisadçı-ekspert Q.İbadoğlu başlayıb.

O, “facebook” profilində bir foto paylaşaraq “Bu şəkil təxminən 10 il əvvəl “Rəsulzadə-Elçibəy fraksiyası” nın Müsavat Partiyasına qoşulduğu gün çəkilib. O zaman Divan üzvləri fraksiya üzvləri ilə birlikdə bu tarixi fotoya imza atdılar. Baxın görün kimlər gəldi və kimlər getdi” yazıb.

Qeyd edək ki, fotoda olan Sülhəddin Əkbər və Rasim Musabəyov artıq Müsavatdan ayrılıblar.

Başqanlıq yarışında əsas rəqibi olduğu deyilən Q.İbadoğlunun sözlərinə Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri A. Hacılı cavab yazıb.

“Orada olmasam da şəklin tarixini dəqiq bilirəm. 22 oktyabr 2004-cü il. Həmin gün prokuror mənə 6 il, digər 16 oktyabr məhbuslarına da xeyli müddətli həbs cəzası istəmişdi. Buna etiraz edən fraksiyaçılar Müsavata daxil olmaq barədə qərar verərək Müsavatın qərargahına gəlmişdilər. Bu şəkil də həmin gün çəkilib”, - deyə o, bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm