“İpoteka kreditlərinin verilməsində maxinasiya var” - deputat
Bizi izləyin

Nida.az

“İpoteka kreditlərinin verilməsində maxinasiya var” - deputat

İndi gənclərimizin çoxu hələ də evsizdir. 2005-ci ilə Milli Məclis “İpotek haqqında” qanun qəbul edib. 2013-cü ildə ipoteka fonduna xeyli miqdarda pul ayrıldı

Ana Vətən Partiyasının (AVP) sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı parlamentin bu gün işə başlayan yaz sessiyasının 2014-cü il üçün ilk iclasında çıxışı zamanı gənc ailələrə ipoteka kreditlərinin verilməsi prosesinin asanlaşdırılması məsələsini qaldırıb.

Publika.Az-ın məlumatına görə, deputat F.Ağamalı bildirib ki, "İpoteka haqqında" qanuna əlavə və dəyişiklilər edilməlidir: “İndi gənclərimizin çoxu hələ də evsizdir. 2005-ci ilə Milli Məclis “İpotek haqqında” qanun qəbul edib. 2013-cü ildə ipoteka fonduna xeyli miqdarda pul ayrıldı. Ancaq bu ipoteka problemini qismən də olsa aradan qaldırmadı. Burada maxinasiya var. Gənclərin evinin olmaması nəticəsində onların ailələrinin dağılmasının qarşısını almaq lazımdır. Bunun üçün ipoteka kerditləri ilə bağlı yeni qanunlar qabul etməlyik. Artıq real təkliflər də var. Təklif edirəm ki, ipoteka kreditlərinin verilməsi ilə bağlı ABŞ və Skandinaviya modellərini nəzərdən keçirmək olar. Bu məsələ bizim üçün aktual olmalıdır".

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm