Müsavat Məclisinin üzvü: “Qubad İbadoğlu başqanlığa layiq deyil”
Bizi izləyin

Nida.az

Müsavat Məclisinin üzvü: “Qubad İbadoğlu başqanlığa layiq deyil”

Müsavat Partiyasının Məclis üzvü Alya Yaqublu başqanlığa namizədlərlə bağlı fikirlərini açıqlayıb.

Publika.az xəbər verir ki, Məclis üzvü Qubad İbadoğlunun başqanlığa layiq olmadığını bildirib.

“Qubad bəy hörmətli namizəddir. QHT sektorunun sanballı nümayəndələrindən biridir, gözəl alimdir, təmkinli və son dərəcə də mədəni insandır. Bu illər ərzində Müsavat üçün sanballı iqtisadi layihələr hazırlayıb. Amma mən onun öz imkanlarından kifayət qədər yararlanmadığını düşünürəm. O, bir iqtisadçı olaraq bizdən qat-qat çox və detallı bildiyi məsələlərin dərin təhlilini aparıb ictimaiyyəti məlumatlandıra bilərdi. O zaman nə il boyu ölkə xaricindəki müxtəlif tədbirlərdə iştirak üçün xərclədiyi zamanı, nə də hakimiyyətlə qarşıdurmanın kritik anlarında öndə durmadığını ona irad tutmaq olardı. Bu sadaladıqlarımdan dolayı mən Qubad bəyi başqanlığı haqq edən ən layiqli namizəd olaraq görmürəm”.


Məclis üzvü Tural Abbaslını da layiqli namizəd hesab etmir: “Tural bəy də çox mübariz və fədakar insandır, həmişə ön sıralardadır, demokratiya savaşında böyük əziyyətlərə qatlanıb. Amma nə yazıq ki, “20 ilin müxalifəti” haqqında yanlış dəyərləndirmələr yapır, bu illər ərzində görülən işlərin hamısını heçə sayıb minlərlə insanın zəhmətini yerə vurur”.


Arif Hacılının namizədliyinə münasibət bildirən A.Yaqublu fədakarlıq, mübarizlik, zəhmətkeşlik, ən kritik situasiyalarda öndə olmaq baxımından onu başqanlığı daha çox haqq etdiyini düşünür.

“Bütün bu illər ərzində onun həm azadlıq və demokratiya uğrunda verdiyi mücadiləni, həm də Müsavat üçün verdiyi əməyi göz önünə gətirib düşünürəm ki, başqanlığa namizəd olaraq ona yox, başqasına üstünlük vermək Arif bəyin haqqını yemək deməkdi. Bundan başqa, dəyərlərə münasibətdə mən onun prinsipial və kompromissiz adam olduğuna inanıram. Hesab edirəm ki, bu məsələ diqqət yetirilməsi vacib olan ən mühüm amillərdən biridir”, - deyə o bildirib.

O, Müsavatda hər hansı posta iddiası olmadığını və İsa bəydən sonra partiya ilə əlaqəsinin indikindən də az olacağını deyib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm