Dağlıq Qarabağa yezidi kürdləri yerləşdirmək kimə lazımdır?
Bizi izləyin

Nida.az

Dağlıq Qarabağa yezidi kürdləri yerləşdirmək kimə lazımdır?

ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ və Azərbaycanın işğal edilmiş digər ərazilərində yezidi kürdlərin qanunsuz yerləşdirilməsinə reaksiya verməlidir. Bu çağırışla Azərbaycan Xarici İşlər Nazirliyi çıxış edib və bunun münaqişənin sülh nizamlanması, həmçinin Cenevrə konvensiyasına zidd olduğunu bildirib.

Publika.az-ın verdiyi xəbərə görə, bu fikirlər Rusiyanın “Vestnik Kavkaza” saytında dərc olunan bir yazıda yer alıb.

Dövlətlərarası münasibətlərin hüquqi nizama salınması mərkəzinin direktoru Dmirti Matyev ildirib ki, Ermənistanın hərəkətləri beynəlxalq hüquqa görə qanunsuzdur: “Dağlıq Qarabağ və ətraf rayonlar beynəlxalq aləmdə Azərbaycanın torpaqları kimi tanınır. Bu halda isə Ermənistan burada hər hansı bir fəaliyyətdə olmaq, o cümlədən qaçqınları yerləşdirilmək hüququna malik deyil”.

Moskva Dövlət Universitetinin İnformasiya-Analitik Mərkəzinin baş direktoru Aleksandr Karavayev isə qeyd edib ki, beynəlxalq hüquqda işğal edilmiş ərazilərə insanların yerləşdiriliməsini qadağan edən mexanizm yoxdur: “Əgər hansısa fond yaradaraq qaçqınların problemlərinin həlli çərçivəsində maliyyə ayrılsaydı və qaçqınların yerləşdirilməsi meyarları müəyyən olunsaydı, o zaman Qarabağda yezidi kürdlərin köçürülməsini maliyyələşdirmək mümkün olmazdı. Yəni, beynəlxalq cəmiyyət problemin həlli üçün məhdudiyyətləri müəyyənləşdirmir”.


Onun sözlərinə görə, azərbaycanlılar işğal edilmiş ərazilərdən qovulub. “Ermənilər bundan istifadə edib orada məskunlaşma aparırlar. Lakin ermənilər bu ərazilərə yalnız silahlı qüvvələr hesabına nəzarət edə bilir və heç bir iqtisadi inkişafa nail ola bilmirlər. Bu isə Azərbaycana sərf edir. Çünki Bakı işğal edilmiş ərazilərin qaytarılması və bundan sonra bu bölgənin iqtisadi inkişafı üçün proqramlar təklif edir. İrəvan məhz buna görə də bu ərazilərə hər kəsi yerləşdirmək istəyir”, - deyə A.Karavayev bildirib.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm