İsraillə viza rejimi sadələşdirildi
Bizi izləyin

Nida.az

İsraillə viza rejimi sadələşdirildi

İsrail Dağlıq Qarabağ məsələsində Azərbaycanı dəstəkləyən mövqe göstərib: "Azərbaycanla İsrail arasında əlaqələr yüksək səviyyədə inkişaf edib. Bu saziş bu əlaqələri daha da genişləndirəcək. Bu saziş Azərbaycanın milli maraqlarına tam uyğun bir sənəddir"

Bu gün Milli Məclis İsraillə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsini nəzərdə tutuan sənədi təsdiq edib.Parlamentin bugünkü iclasında "Azərbaycanla İsrail arasında diplomatik və xidməti pasportlara malik şəxslərin vizadan azad edilməsi haqqında" sazişin ratifikasiya olunması məsələsi müzakirə edilib.

Sənəd barədə məlumat verən beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, diplomatik və xidməti pasportlara malik vətəndaşlar digər dövlətin ərazisinə səfər etmək, tranzit keçmək və ya ilk dəfə daxil olduqları tarixdən etibarən 180 gün ərzində 90 gündən artıq olmayan müddətə qalmaq məqsədi ilə daxil olmaları üçün viza əldə etmək öhdəliyindən azad edilir. Bu müddətdən artıq qalmaq istədikdə isə vizanın uzadılması üçün icazə tələb edilir.

S.Seyidovun sözlərinə görə, İsrail Dağlıq Qarabağ məsələsində Azərbaycanı dəstəkləyən mövqe göstərib: "Azərbaycanla İsrail arasında əlaqələr yüksək səviyyədə inkişaf edib. Bu saziş bu əlaqələri daha da genişləndirəcək. Bu saziş Azərbaycanın milli maraqlarına tam uyğun bir sənəddir".

Mənşəcə yəhudi olan millət vəkili Yevda Abramov qeyd edib ki, İsraildə 100 minlik Azərbaycan diasporu var: "Onun 80 faizi vaxtilə Azərbaycanda yaşamış yəhudilərdir. Bu baxımdan diplomatik və xidməti pasportlara malik şəxslərin vizasız gediş-gəlişinə şərait yaradılması təqdirəlayiq haldır".

Onun sözlərinə görə, ötən il İsrailin bir sıra şəhərlərində Xocalı soyqırımına həsr olunmuş fotosərgilər keçirilib.Çıxış edən digər millət vəkilləri də Azərbaycanın yaxın Şərq ölkələri, o cümlədən İsraillə yaxşı əlaqələrinin olduğunu bildiriblər. Onların fikrincə, bu saziş günün tələblərinə cavab verir.Müzakirələrin yekununda saziş təsdiq edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm