Oqtay Əsədov ilə Sabir Rüstəmxanlı arasında MÜBAHİSƏ
Bizi izləyin

Nida.az

Oqtay Əsədov ilə Sabir Rüstəmxanlı arasında MÜBAHİSƏ

Sabir müəllim, hər şeyi ədəbiyyata çevirməyin. Türkiyənin dövlət quruluşu respublika olduğu üçün biz də onu respublika kimi qeyd etmişik. Xahiş edirəm hər şeyi problemə çevirməyin. Burada heç bir qeyri-adi nə isə yoxdur

Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında təhlükəsizlik üzrə əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında məsələ müzakirə olunub.

Publika.Az-ın məlumatına görə, məsələyə münasibət bildirən millət vəkili Sabir Rüstəmxanlı sözügedən sənədə irad tutub: “Bu dövlətin rəsmi adı Türkiyə Cümhuriyyəti kimi yazılır. "Cümhuriyyət" sözü isə bizim dilimizdə var. Ancaq bu sənəddə Türkiyə Cümhuriyyəti deyil, Türkiyə Respublikası kimi yazılıb. Bunun nə fərqi var ki? Məgər Türkiyə Cümhuriyyəti kimi yazılsaydı, pis olardı?”.

Spiker Oqtay Əsədov isə Sabir Rüstəmxanlıya cavab verərək söyləyib ki, o, hər məsələdə problem axtarır: “Sabir müəllim, hər şeyi ədəbiyyata çevirməyin. Türkiyənin dövlət quruluşu respublika olduğu üçün biz də onu respublika kimi qeyd etmişik. Xahiş edirəm hər şeyi problemə çevirməyin. Burada heç bir qeyri-adi nə isə yoxdur”.

Daha sonra sözügedən məsələ səsə qoyularaq qəbul edilib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm