Azərbaycanlının geosiyasi ideyası erməniləri təşvişə saldı – İrəvan ayaqda
Bizi izləyin

Nida.az

Azərbaycanlının geosiyasi ideyası erməniləri təşvişə saldı – İrəvan ayaqda

“Mənim türk-slavyan konsepsiyamın ciddiyyətlə qəbul edilməsi, xüsusilə Rusiya tədqiqat mərkəzlərində geniş müzakirələrə səbəb olması erməniləri təşvişə salıb”.

Publika.az-a açıqlamasında bu sözləri politoloq Adıgözəl Məmmədov erməni müəllifləri və politoloqlarının onun irəli sürdüyü konsepsiya haqqında mənfi fikirlər səsləndirməsinə münasibət bildirərkən deyib.

Qeyd edək ki, erməni müəllif Aram Hakopyan “blognews.am” saytında A.Məmmədovun türk-slavyan konsepsiyasını şərh edərək bunu mənasız adlandırıb. Həmçinin müəllif və azərbaycanlıların ünvanına təhqiredici fikirlər səsləndirib. Daha sonra erməni müəllif isterik şəkildə ruslara “türklərin tarixi xəyanətləri”ni xatırladır, “rusları türklərlə heç nə birləşdirmir” deyir.

A.Məmmədov bunu Ermənistanın daxili qorxusu olduğunu bildirib. Politoloq ona qarşı hücumların türk-slavyan haqqında kitabının Rusiyada yüksək səviyyədə qəbul olunmasından sonra intensivləşdiyini bildirib.
“Mənim “Türk-slavyan birliyinin etnoloji konsepsiya” kitabım Moskva Dövlət Universitetinin strateji mərkəzində, eləcə də Rusiyanın digər strateji beyin mərkəzlərində ciddi qəbul olundu. Sonuncu dəfə MDB-də kitabımın təqdimetmə mərasimi keçirildi və geniş müzakirələrə səbəb oldu. Erməni ideoloqları və analitikləri mənə və mənim şəxsimdə azərbaycanlılara qarşı informasiya hücumlarına başladılar. Buna Moskvadakı ermənipərəstlər, Fəxrəddin Abbaszadə kimi separatçılar da qoşuldu. Bu hücumlara səbəb mənim irəli sürdüyüm türk-slavyan birliyinin Ermənistan üçün qaranlıq gələcək vəd etməsidir. Halbuki, həm say, həm coğrafi yayılma, həm də geopolitik areal baxımından slavyanlarla türklər yaxın olublar. Məsələn, Rusiya daxilində türkdilli muxtariyyətlər var. Sovetlər Birliyində də türkdilli

respublikalar çox idi. Bu ideoloji konsepsiya da bir çox məsələlər üçün açar rolunu oynayır”.

A.Məmmədov qeyd edib ki, Rusiya bu coğrafiyada türklərin varlığını qəbul etməyə başlayıb. Onun sözlərinə görə, geopolitik məkanda yavaş-yavaş irəliləyən Çin təhlükəsi Rusiyanı buna məcbur edir.

“Türk-slavyan inteqrasiyasının baş verməsi bu coğrafiyada yeni gücün yaranması və bir sıra təhlükələrin qarşısının alınması deməkdir. Burada ermənilərin hansı rol oynayacağı sual altındadır və bu Ermənistanı təşvişə salır. Onlar apardıqları siyasətin uçuruma yuvarlandığını hiss edirlər və bu konsepsiyaya qarşı alternativ ideyalar irəli sürməyə çalışırlar. Lakin bu mümkün deyil. Ən diqqətçəkəni isə bu coğrafiyada yeni konsepsiyaların irəli sürülməsində Azərbaycan ideoloqlarının lokomotiv rolda çıxış etməsidir. Bu isə erməniləri həm qorxuya salır, həm də paxıllıq edirlər”, - deyə politoloq bildirib.


A.Məmmədovun sözlərinə görə, erməni siyasətçilər və ideoloqların hərəkətə keçməsi İrəvanın tapşırığıdır.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm