• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

“Ehtiraslar dənizində hansı kapitanın gəmisi üzəcək?” – Amerikadan sərt suallar

  • Nida.az
  • 1 Sentyabr 2014 12:33
  • 598 Baxış
“Ehtiraslar dənizində hansı kapitanın gəmisi üzəcək?” – Amerikadan sərt suallar

Müsavat Partiyasının üzvü, hazırda ABŞ-da yaşayan Ramiz Yunus partiyadakı başqan seçkiləri ilə bağlı məqalə yazıb.

Publika.az xəbər verir ki, Müsavatın başqanlıq seçkilərinin siyasi həyata marağı artırdığını yazan Y.Yunus partiyanın gələcək taleyinin onu narahat etdiyini bildirib.

“Vaxtilə Məmməd Əmin Rəsulzadənin yaratdığı Müsavata Sovetlər İttifaqı dağılandan sonra bu günə qədər İsa Qəmbər başqanlıq edir. O, partiyanın monolitliyini qoruyub saxlaya bilib. Budur, yeni başqan seçkiləri başlayır. Müsavatçılar bir suala cavab tapmalıdır: Bu ehtiraslar dənizində hansı kapitanın gəmisi üzəcək?” - ABŞ-da yaşayan müsavatçı qeyd edib.

R.Yunus qeyd edir ki, Müsavat Partiyasının gələcək taleyindən narahat olduğu üçün namizədlərə və partiyanın gələcəyini seçəcək müsavatçılara bir neçə sualla müraciət etmək istəyir: “Bunlar mənim üçün şəxsi simpatiya, yaxud antipatiya münasibətləri deyil, siyasi suallardır. İsa Qəmbər uzun rəhbərlik illərində bütün müsavatçıların şəksiz lideri olmağı bacardı. Onun bundan sonrakı statusunu necə görürsünüz? Namizəd olanlar Məclis sədri, aparat rəhbəri və müavinləri olaraq kimləri görürür? Mümkünsə, konkret və adbaad sadalayın. Nəzərə almaq lazımdır ki, son zamanlar partiyaya kənar müdaxilələr hesabına əksər üzvlərin hiddətinə səbəb olan itkilər baş verib. Mən bilmək istəyirəm ki, hakimiyyəti dəstəkləmiş Monitorinq qrupundakı hüquqşünaslar partiyanın rəhbər strukturlarında təmsil olunacaqlarmı? Əminəm ki, qoyulan suallara dürüst olaraq cavab verəcəksiniz və əminəm ki, bu cavablar sadə müsavatçıların seçiminə kömək edəcək”.

Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR