Kerrinin hədələyici bəyanatının arxasında sirr, yaxud Popov üçlükdən niyə ayrıldı?
Bizi izləyin

Nida.az

Kerrinin hədələyici bəyanatının arxasında sirr, yaxud Popov üçlükdən niyə ayrıldı?

Dünən ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Azərbaycana səfəri başlayıb. Fransalı həmsədr Jak For və amerikalı həmsədr Ceyms Uorlikə rusiyalı həmkarı İqor Popovun yoldaşlıq etməməsi diqqət çəkir.

Dünən ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Azərbaycana səfəri başlayıb. Fransalı həmsədr Jak For və amerikalı həmsədr Ceyms Uorlikə rusiyalı həmkarı İqor Popovun yoldaşlıq etməməsi diqqət çəkir.

Həmsədrlər Azərbaycan prezidenti və xarici işlər naziri ilə görüşdükdən sonra Ermənistana səfər edəcəklər. Həmsədrlərin regiona səfəri ona görə diqqət çəkir ki, səfər Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginliyin artdığı bir dövrə təsadüf edir. Baxmayaraq ki, gərginlik keçən həftə ilə müqayisədə azalıb.

Səfər ərəfəsində həmsədr ölkələr olan Rusiya və ABŞ-dan yüksək səviyyədə verilən bəyanatlar da təsadüfi sayıla bilməz. ABŞ-ın dövlət katibi Con Kerri dünən Dağlıq Qarabağ münaqişə ilə bağlı bəyanat səsləndirib. Münaqişənin sülh yolu ilə həll edilməsinin vacibliyini vurğulayan dövlət katibi "Mən münaqişə tərəflərinə məsələnin sülh yolu ilə həll edilməsi üçün bütün təsirləri göstərəcəm. ABŞ ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri kimi bunun üçün əlindən gələni edəcək",- söyləyib.

Bir neçə gün bundan əvvəl isə Rusiya Xarici İşlər Nazirliyindən cəbhədəki vəziyyətdən narahatlıq ifadə olunmuşdu. Xarici İşlər Nazirliyinin rəsmi saytında dərc olunan bəyanatda bildirilirdi ki, gələcəkdə gərginliyin artması halında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi üçün mənfi nəticələr qaçılmaz olacaq. “2013-cü il noyabrın 19-da Vyanada Azərbaycan-Ermənistan sammitində əldə edilmiş razılaşmaların həyata keçirilməsi ciddi şəkildə çətinləşə bilər. Münaqişə tərəflərini vəziyyətin sabitləşdirilməsinə yönəldilmiş əlavə tədbirlər görməyə çağırırıq. Bu tədbirlər sırasına 1995-ci il 4 fevral tarixli atəşkəs rejiminin möhkəmləndirilməsi haqqında razılaşmada nəzərdə tutulmuş mexanizmlərin işə salınması da daxildir”, - bəyanatda deyilirdi.

Rusiya 1995-ci il 4 fevral tarixli atəşkəs rejiminin möhkəmləndirilməsi haqqında razılaşmanı niyə yada salır? Ermənilərin “Lragir” qəzeti hesab edir ki, həmin vaxt Rusiya neytral zonanın yaradılması və burada Rusiya qoşunlarının yerləşdirilməsini təklif edirdi. Rusiyanın təklif etdiyi plana görə, 5-15 km-lik bufer zona yaradılması, regiona 1800 nəfərlik rus ayırıcı qüvvələrinin yeridilməsi, 49 müşahidə postunun yaradılması, idarəetmə məntəqəsinin Ağdamda yerləşdirilməsi nəzərdə tutulurdu. ATƏT isə uyğun olaraq 10-km-lik bufer zonası, Türkiyə, Rusiya, Avstriya, Macarıstan hərbçilərindən ibarət 1600-2000 nəfərlik ayırıcı qüvvə, çevik nəzarət qrupları ilə bağlı təkliflərlə çıxış etdi. Təbii ki, Rusiya ən azından Türkiyə hərbçilərinin sülhməranmlı adı altında cəbhə xəttində yerləşdirilməsini qəbul edə bilməzdi. Ermənistan bunu istəməsə də təbii ki, onun fikrini soruşmağa ehtiyac yox idi.

“Lragir”ə görə, Rusiya Xarici İşlər Nazirliyinin son bəyanatı ilə hadisələrin məhz bu cür inkişafını dəstəklədiyini büruzə verir. Erməni nəşri yazır ki, Qərb İran qazı və neftinin Avropaya maneəsiz axması üçün regionda sabitliyi tərəfdarıdır. Təsadüfi deyil ki, bu günlərdə İran şirkətləri neft və qaz təhlükəsiz ixracı haqqında Qərb sığorta şirkətləri ilə razılaşma əldə edib. ABŞ dövlət katibi Con Kerrinin də hədələyi bəyanatının arxasında da bu razılaşmanın dayandığı sir deyil.

“Qarabağda status-kvo İrana və Qərbə ona görə lazımdır ki, bu tranzitə heç nə mane olmasın. Bundan başqa Qərb və İran üçün regionda “üçüncü güclər” olması əlverişli deyil”, - qəzet qeyd edir.

“ATƏT-in Minsk qrupu unikal formatdır. Budur artıq 2 on il o gücün dünya mərkəzlərinə bir-biri ambisiyaları saxlamağa icazə verir. Artıq 20 ildir ki, qurum dünya güc mərkəzlərinə bir-birinə qarşı ambisiyalarını cilovlamağa imkan verir . Amma indi görünür ki, tərəflərdən biri üçbucaqdan qurtulmağa və sərbəst siyasəti aparmağa çalışır. Bu Rusiyadır. Rusiya hətta həmsədrini hətta göndərməyi lazım bilmir. Açıq şəkildə deyilə bilər ki, Moskva ATƏT-lə öz addımlarını daha uyğunlaşdırmaq istəmir”, - “Lragir” Minsk qrupu formatının sonunun yaxınlaşdığını bildirir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm