Azərbaycanda dini baxımdan hansısa bir münaqişə, antaqonizm görmürəm
Bizi izləyin

Nida.az

Azərbaycanda dini baxımdan hansısa bir münaqişə, antaqonizm görmürəm

Düşünürüməm ki, Azərbaycanda QHT-lər və dövlət rəsmiləri arasında etibarın yaradılmasına ehtiyac var. Bu, Azərbaycana qarşı ikili münasibətlərlə bağlı düşüncələrin aradan qaldırılmasına kömək edəcək”.

Publika.az-ın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Avropa Şurasının Baş katibinin müavini Qabriellla Battaini-Dragoni mətbuat konransında deyib .

O bildirib ki, bu ayın əvəlində Avropa Şurasının Baş katibi Azərbaycan Prezidenti ilə danışıb və bunun nəticəsində ortaq üçtərəfli Komissiya yaradılacaq. Bu komissiya siyasi məhbus və digər məsələlərin həllinə kömək edəcək. Komissiyaının təkibində Prezident Adminstrasiyası, QHT-lər və Avropa Şurası təmsil olunacaq.

"Azərbaycana qarşı sərt münasibətin olması təsəvvürü yaranıb. Lakin qeyd etməliyəm ki, Azərbaycan Nazirlər Komistəsində sədrdir və ona görə də nümünəvi olmalıdır. Sırf həmin komissiyasını işinin bərpasında anlaşılmayan məsələlər müzakirə edilə bilər", o deyib.

AŞ nümayəndəsi Azərbaycanda dini baxımdan hansısa bir münaqişə, antaqonizm görmədiyini deyib.

Q.Draqoni vurğulayıb ki, əfsuslar olsun ki, Avropanın bir sıra ölkələrində antisemitizm, islamafobiya, dözümsüzlük halları çoxalmaqdadır. O bildirib ki, iqtisadi böhrandan sonra Avropada sosial problemlər ortaya çıxıb, insanlar arasında ünsiyyət zərbə altındadır və bir-biri ilə ünsiyyətdə olmayan dinlər arasında ziddiyyətlər artmaqdadır.

AŞ baş katibinin müavini qeyd edib ki, Azərbaycanda əsrlər boyu buddistlər, katoliklər, yəhudilər, müsəlmanlar ticarət edib və ticari münasibətlər əsasında birgə yaşamaq və bir-birilərinə hörmət etmək ənənələrinə yiyələniblər.

Q.Draqoni əlavə edib ki, Azərbaycan coğrafi baxımdan Şimal və Cənub, Qərb və Şərq arasında yerləşən bir ölkədir və bu baxımdan burada dini müxtəliflik cəmiyyətin ayrılmaz xüsusiyyətdir.

Q.Draqoni Azərbaycan hakimiyyətinin bugünkü tədbirin keçirilməsi ilə bağlı təşəbbüsünü Avropa Şurası adından yüksək qiymətləndirib. O vurğulayıb ki, bu konfrans artıq daha geniş bir prosesin tərkib hissəsidir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm