Nida.az
“NATO Dağlıq Qarabağ münaqişəsini dirçəldə bilər” – Təhlükəli proqnoz
Ukrayna üzrə beynəlxalq konfransın keçirilməsi variantı dondurulmuş münaqişələr olan Dnestryanı və Dağlıq Qarabağ üçün hipotetik nümunəyə gətirib çıxara bilər.
Publika.az xəbər verir ki, bu
barədə Rusiyanın nüfuzlu “Nezavismaya qazeta” nəşri yazıb.
Nəşr yazır ki, hazırki proseslər yaxşı gələcək vəd etmir:
“Hadisələr Rusiya və NATO arasında münaqişənin böyüməsinin neqativ
ssenarisi üzrə inkişaf edir. Ekspertlər bunu tez-tez soyuq müharibə
ilə müqayisə edirlər. Lakin bu, tamamilə belə deyil. NATO-nun Şərqə
doğru genişlənməsi Baltik-Qara dəniz hövzəsində münaqişə sistemini
dirçəldə bilər. Beləliklə, Moskva və Vaşinqtonun rəqabəti
Finlandiyadan başlayaraq Gürcüstan və Azərbaycana qədər olan
ərazini əhatə edəcək”.
“Nezavusimaya qazeta”qeyd edir ki, Ukrayna münaqişəsini doğuran
Avropa Birliyinin “Şərq tərəfdaşlığı” proqramı ərazilərin yenidən
bölünməsinə aparır.
“Tanınmamış separatçı rejimlər ətrafında münaqişənin donu açıla,
yaxud onlar “qismən tanınmış” statusu ala bilər. Hansı ki, buraya
Dnestryanı, Abxaziya, Cənubi Osetiya, Dağlıq Qarabağ və son
zamanlar ortaya çıxan Novorossiya daxil edilə bilər. Eyni zamanda,
Rusiya və NATO Baltik-Qara dəniz regionunda hərbi infrastruktura
malikdir. Demək çətindir ki, münaqişənin böyüməsi nəticəsində
regionda hərbi əməliyyatlar keçirilməyəcək”, - rus nəşr proseslərlə
bağlı proqnoz verir.
Asif Nərimanlı
-
Avropa17:28
Bu ölkə Rusiyanı hədələdi: Şəhərlərinizi bombalayarıq
-
Region17:00
İrandan növbəti hədə: Görün SEPAH İsraili nə ilə qorxutdu
-
MDB16:22
Moskvada 21 yaşlı azərbaycanlı avtomobilini səkidə saxladı, ona irad tutan gənci öldürdü - VİDEO
-
Nida Təhlil 15:51
İşğalçı erməniyə göz yaşı tökən molla: İran silahı ilə Azərbaycanın neçə əsgəri öldürülüb?
-
Magazin115:18
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
-
Nida Xəbər 14:34
Moskva İrəvandan tələb etdi: Brüsseldə hazırlanmış plana reaksiya gözləyirik
-
İdman13:46
"Real"ın ÇL-dəki qəhrəmanı bu gözəllə eşq yaşayır - FOTOLAR
-
Avropa13:16
Fransanın ikiüzlülüyü: Avropada Rusiya qazının ən böyük alıcısı oldu