Partiya sədri: “Yavaş-yavaş xalqın gözündən düşürük”
Bizi izləyin

Nida.az

Partiya sədri: “Yavaş-yavaş xalqın gözündən düşürük”

“Müxalifətdəki həbslərlə bağlı iki Müdafiə Komitəsinin olması müdafiə potensialımızı azaldır. Bununla müxalifəti xalqın gözündən salırlar”.

Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan deyib.

ALP sədri partiyanın məhz buna görə heç bir komitədə təmsil olunmadıqlarını bildirib.

“Bu, yaxşı hal deyil. Əslində, müxalifətin cəmiyyət qarşısında düşdüyü durum bir daha özünü göstərir. Yavaş-yavaş xalqın gözündən düşürük. Halbuki iki müdafiə komitəsini yaradanlar birləşə bilsəydilər, bu daha çox işə yarayardı. Bizə də təklif etdilər ki, müdafiə komitələrinə qoşulaq. Lakin biz bundan imtina etdik və imkanımız çatdığı qədər müdafiəni partiya olaraq davam etdiririk”, - deyə Ə.Temirxan qeyd edib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm