Prezident hüquqi şəxslərin qeydiyyatı ilə bağlı yenilikləri imzaladı
Bizi izləyin

Nida.az

Prezident hüquqi şəxslərin qeydiyyatı ilə bağlı yenilikləri imzaladı

Prezident İlham Əliyev fevralın 3-də “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna dəyişiklikləri imzalayıb. Milli Məclisin ötən il dekabrın 17-də qəbul etdiyi dəyişikliklərə əsasən, hüquqi şəxslərin və xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərinə edilmiş dəyişikliklər, habelə hüquqi şəxslərin dövlət reyestrində onlar barədə qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi yalnız dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir.

Hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və ya nümayəndəlikləri qüvvəyə minməmiş dəyişikliklər əsasında hər hansı fəaliyyət həyata keçirilə bilməz.

Başqa bir yeniliyə əsasən, hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin adının dəyişdirilməsi faktının dövlət qeydiyyatına alınması zamanı həmin təşkilatların möhürləri müvafiq icra hakimiyyəti orqanlarına təhvil verilməlidir. Möhür müvafiq icra hakimiyyəti orqanlarına təqdim edilməyənədək təsis sənədlərinə edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliklərinin dövlət qeydiyyatına alınmasını təsdiq edən sənədlər verilmir. Möhür itirildiyi halda bu barədə müvafiq sənəd təqdim edilməlidir.

Qanun ünvanı göstərilməyən siyasi təşkilat və QHT-lərin məsuliyyətə cəlb olunmasını da nəzərdə tutur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm