Moskva təşviş içində: Bakı və Aşqabad Rusiyanı “ofsayd”a salır
Bizi izləyin

Nida.az

Moskva təşviş içində: Bakı və Aşqabad Rusiyanı “ofsayd”a salır

Ukraynaya təsirini itirməsindən sonra Rusiya rəhbərliyi baxışlarını Şərqə, Asiyaya doğru yönəltdi. Orada Rusiyaya qarşı ikinci cəbhənin açılması mümkün ola bilər. Hansı ki, ABŞ qoşunlarının 2016-cı ilə qədər Əfqanıstandan çıxarılmasından sonra Putin hökuməti üçün yaxşı heç nə gözlənilmir.

SSRİ dağılandan sonra elə bir keçmiş ittifaq ölkəsi yoxdur ki, Rusiyaya qarşı dost və düşmən mövqelərdə olmasın. Gürcüstan, Özbəkistan və Türkmənistanın üz döndərməsi, Azərbaycan torpaqlarının erməni işğalına görə burada Rusiya təsirinin itməsi, Belarusun hiyləgər manevr etməsi qloballaşmanın nəticəsi olaraq özünü büruzə verir.

Publika.az xəbər verir ki, Rusiyanın nüfuzlu “Nezavisimaya qazeta” nəşri post-sovet məkanındakı prosesləri şərh edib.

Türkmənistan Rusiyadan tədricən uzaqlaşır, hərçənd Rusiya ilə ticarət dövriyyəsi əvvəlki kimi qalmaqdadır. Lakin Cənubi Koreya şirkətlərinin Türkmənistanda 5,5 milyard dollar həcmində ümumilikdə doqquz layihəni həyata keçirməsi diqqətçəkəndir. Aşqabadla bu ölkə arasında Seul qaz emalı zavodunun tikintisi üçün daha 4 milyard dollar həcmində saziş imzalanıb.

Hazırda bu ölkədə Türkiyə geniş tikinti işləri aparır, fransızlar elit obyektlər inşa edir, yaponlar qaz-kimya zavodunu yenidən bərpa edir, almanlar orta biznesi inkişaf etdirir və türkmən valyutasını saxlayırlar, ingilislər valyutanı çap edir, italyanlar pambığı alır və s.

Bütün bunlar təəccüblü deyil. Ölkə müstəqil iqtisadiyyat yaradır, Rusiyanın köməyi olmadan nailiyyətlər əldə edir. 17,5 trilyon kubmetr qaz ehtiyatlarına malik ölkə Azərbaycandan qat-qat böyük olsa da, orada cəmi 5 milyon insan yaşayır. Digər tərəfdən, Aşqabad Moskvanı strateji müttəfiqi hesab edir, lakin Avrasiya İqtisadi İttifaqına daxil olmaq fikrində deyil. Faktiki olaraq bu gün Türkmənistan və NATO ölkələri Xəzər vasitəsilə Azərbaycana, oradan da Avropaya qaz kəmərini çəkməyə hazırdır. Danışıqlar ən yüksək səviyyədə aparılır. Bununla yanaşı, Aşqabad Əfqanıstanda sülh təminatçısı kimi çıxış etmək niyyətindədir. NATO-nun iştirakı ilə 2015-ci ildə digər qaz kəmərinin Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan marşrutu ilə çəkilməsi nəzərdə tutulur.

Bu gün Rusiyanın təhlükəsizlik buferində türkmən əlaqələrinin yox olması NATO-nun Xəzərdə meydan oxuması isə nəticələnə bilər. Türkmənistanla birgə Azərbaycanın da burada yer alması Rusiya üçün təhülükəsizlik buferinin dağılması deməkdir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm